İlham Əliyevin Prezident seçilməsindən 23 il ötür...
Kateqoriya məlum deyil
T
Bu gün İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür.
Sfera.az xəbər verir ki, 2003-cü il oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən, İlham Əliyev prezident seçilib.
Həmin dövrdə Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini və Baş nazir vəzifələrini tutan İlham Əliyev seçkilərdə səslərin 76,84 faizini toplayıb.
2003-cü il oktyabrın 31-də İlham Əliyevin andiçmə mərasimi keçirilib və o, Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, İlham Əliyev 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində də qalib gəlib.
Bəsti Rəfizadə
Sfera.az
Açar sözlər:






