Gürcüstan
Gürcüstan Avropadan uzaqlaşır - Rusiyadan asılılıq artacaq
Avropa İttifaqı (Aİ) ilə Gürcüstan arasında münasibətlərdə gərginlik dərinləşir. Avropa Komissiyasının 2026-cı il genişlənmə hesabatında Gürcüstanın Aİ-yə üzvlük prosesinin faktiki olaraq dayandığı bildirilib. Sənəddə ölkədə demokratik institutların fəaliyyəti, hüququn aliliyi və fundamental azadlıqlarla bağlı ciddi problemlərə diqqət çəkilib. Aİ-nin irəli sürdüyü şərtlərin yerinə yetirilməməsi Gürcüstanın Avropaya inteqrasiya perspektivlərini zəiflədərək Tbilisinin xarici siyasət kursu
Region05.11.2026 15:04
Gürcüstanla sərhədlərin dəqiqləşməsi Azərbaycana nə qazandıracaq?
“Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başa çatması regional təhlükəsizliyin möhkəmləndirilməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və Orta Dəhlizə investisiya cəlbinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır”. Bu sözləri iqtisadçı Xalid Kərimli Sfera.az -a açıqlamasında Gürcüstanla sərhədlərin dəqiqləşməsi barədə danışarkən bildirib. Onun sözlərinə görə, Gürcüstan Azərbaycanın Avropaya və dünyaya inteqrasiyasında mühüm
Siyasət12.10.2026 16:42
Gürcüstan parlamenti Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəhbər seçdi
Gürcüstan parlamenti Tamaz Boraşvilinin Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib. Sfera.az xəbər verir ki, Boraşvilinin namizədliyini 83 deputat dəstəkləyib. Səsvermədə iştirak edən deputatların hamısı onun lehinə səs verib. Qanunvericiliyə əsasən, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri altı il müddətinə seçilir. Lakin son 1,5 il ərzində bu vəzifəyə rəhbər seçilməsi məsələsi artıq dördüncü dəfə parlamentin gündəliyinə çıxarılıb. 2025-ci il
Siyasət16.09.2026 15:08
Zaxarovadan Gürcüstana mesaj: Rusiya-Gürcüstan sülhü baş tutacaq?
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Moskva ilə Tbilisi arasında diplomatik münasibətlərin mümkün bərpası barədə açıqlamasının ciddi qəbul edilməməli olduğunu bildirib. Zaxarova həmçinin qeyd edib ki, Rusiya XİN-in mövqeyi “münasibətlərin bərpası mümkün deyil” formasında deyil. O bildirib ki, Moskva belə bir imkan üçün açıqdır, amma təşəbbüs Tbilisidən gəlməlidir və məsələ hazırda gündəmdə deyil. Saakaşvili bundan əvvəl
Siyasət21.08.2026 12:28
Rusiya-Gürcüstan sərhədində nə baş verir?
Gürcüstan Rusiya ilə sərhəddə fəaliyyət göstərən “Kazbegi – Yuxarı Lars” keçid məntəqəsinin fəaliyyətini dayandırıb. Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, buna keçid məntəqəsinin yerləşdiyi Devdoraki dərəsində suyun səviyyəsinin yüksəlməsi səbəb olub. Təhlükəsizlik məqsədilə keçid məntəqəsində olan polis əməkdaşları, sərhəd xidməti əməkdaşları və özəl şirkətlərin nümayəndələri təxliyə edilib. Qeyd edək ki, Ermənistan Rusiya ilə
Region13.08.2026 18:16
Saakaşvili: Çox böyük xəyanət olacaq
“Ukraynanın Novosibirskdəki hərbi limana çox uğurlu zərbə endirdiyi vaxtda İvanişvili işğal edilmiş Abxaziya üzərindən Rusiyaya benzin tədarük edir. “Gürcü arzusu” açıq şəkildə çox böyük xəyanətə hazırlaşır”. Sfera.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib. “Böyük əziyyətlə qurulmuş bugünkü Gürcüstan dövlətinin ləğvinə hazırlıq görülür. Belə bir vəziyyətdə partiya mənsubiyyətinin, siyasi və şəxsi fikir ayrılıqlarının heç bir əhəmiyyəti yoxdur - bütün
Siyasət13.08.2026 14:16
12 yaşlı azərbaycanlı qəzada öldü
Ötən gecə Gürcüstanda baş vermiş yol qəzasında azərbaycanlı yeniyetmə vəfat edib. Sfera.az xəbər verir ki, hadisə Tbilisi şəhəri yaxınlığındakı Soğanlıq kəndində baş verib. Qəza nəticəsində 12 yaşlı Tapdıq Nuqzar oğlu Qəhrəmanov aldığı xəsarətlərdən həyatını itirib. Faktla bağlı yerli polis orqanı tərəfindən araşdırma aparılır. /Qafqazinfo/
Cəmiyyət12.08.2026 14:55
Azərbaycanlı sürücülər Gürcüstanla sərhəddə qalıblar - Araşdırma aparılır
Gürcüstan Gəlirlər Xidməti Azərbaycan qeydiyyatlı yük avtomobillərinin sürücülərinin gömrük-keçid məntəqələrində saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Sfera.az xəbər verir ki, qurumdan verilən açıqlamada məsələ ilə bağlı araşdırmanın aparıldığı qeyd olunub. "Bütün sərhəd-keçid məntəqələri istiqamətində yüklərin hərəkəti maneəsiz həyata keçirilir və qeyd olunan məsələ araşdırılır", - deyə Gəlirlər Xidmətinin açıqlamasında bildirilir. Qeyd edək ki, Gürcüstan ərazisindən
Gündəm06.08.2026 17:23
Azərbaycanlı gənc Gürcüstanda qəzada öldü
Gürcüstanın Marneuli bələdiyyəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Sadıxlı kəndində qeydə alınıb. “BMW” markalı avtomobilin qəza törətməsi nəticəsində 30 yaşlı azərbaycanlı sürücü Akşin Cəlilov həlak olub. Faktla bağlı araşdırma aparılır./qafqazinfo
Hadisə04.08.2026 12:46
Gürcüstanda azərbaycanlı güllələndi
Gürcüstanda azərbaycanlı güllələnib. Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə ötən gecə Marneulinin Candar kəndində qeydə alınıb. 31 yaşlı Rahib Abdullayev tapançadan açılan atəşlə ağır xəsarət alıb. Bildirilib ki, ona 3 dəfə atəş açılıb. R.Abdullayev ağız və baş nahiyəsindən ağır zədələr alıb. O, dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./lent
Kriminal27.07.2026 14:22
Gürcüstan Qərblə əlaqələrini itirir? — Cənubi Qafqazda yeni balans
Türkiyədə keçirilən NATO Zirvə toplantısına dəvət almayan Gürcüstanda "beynəlxalq izolyasiya" ilə bağlı ciddi müzakirələr başlayıb. Ölkənin beynəlxalq platformalarda strateji əhəmiyyətini itirdiyi iddia edilib. Gürcüstanın NATO-dakı keçmiş daimi nümayəndəsi Levan Dolidze mövcud xarici siyasətin milli maraqlara ciddi zərər vurduğunu söyləyib. O, ölkənin yalnız NATO-dan deyil, həm də Avropa İttifaqı daxilindəki müzakirələrdən kənarda qaldığını qeyd edib. Gürcüstan həqiqətən də beynəlxalq arenada
Region13.07.2026 11:59
Gürcüstanda azərbaycanlı qız öldürüldü - Foto
Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız qətlə yetirilib. Sfera.az Oxu.az -a istinadla xəbər verir ki, bu barədə məlumatı "Sapari" təşkilatının rəhbəri Baia Pataraia sosial şəbəkədə paylaşıb. O bildirib ki, gənc qızla iki gün ərzində əlaqə saxlamaq mümkün olmayıb, bundan sonra polis mənzilin qapısını sındıraraq içəri girib və orada onun cəsədini tapıb. Pataraianın verdiyi məlumata görə, qatil Türkiyəyə qaçıb: "Bir neçə gün əvvəl rusiyalı bir bloqer (influenser) İnstaqramda mənimlə əlaqə
Kriminal01.07.2026 18:05
Azərbaycanla Rusiya arasında qatar reysi bərpa edilir?
Azərbaycan və Rusiyanın gömrük xidmətlərinin rəhbərləri mühüm görüş keçiriblər. Görüşdə sərhəd-keçid məntəqələrinin infrastrukturunun sinxronlaşdırılması, yüklərin daha operativ daşınmasının təmin edilməsi və sərhəddə yaranan sıxlığın azaldılması ilə bağlı məsələlər müzakirə olunub. Bu görüşdən sonra ictimaiyyətdə “Azərbaycan-Rusiya quru sərhədi açıla bilərmi?” sualı yenidən gündəmə gəlib. Bununla belə, rəsmi açıqlamalarda sərnişinlərin quru sərhədindən keçidinin bərpası ilə bağlı hər hansı
Cəmiyyət01.07.2026 08:32
“Zirə”nin rəqibi finala yüksəldi
“Zirə”nin Konfrans Liqasındakı rəqibi “Torpedo” Gürcüstan Superkubokunda yarımfinal oyununa çıxıb. Sfera.az xəbər verir ki, Kutaisi təmsilçisi “Dila Qori” ilə qarşılaşıb. Matç “Torpedo”nun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyuna yeganə qolu 73-cü dəqiqədə Vladimer Mamuşaşvili vurub. "Torpedo" iyulun 1-də keçiriləcək finalda “İberiya 1999” ilə qarşılaşacaq. Qeyd edək ki, “Zirə”nin Gürcüstan klubuna qarşı ilk oyunu iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-da Kutaisidə olacaq.
İdman28.06.2026 16:21














