“Zirə”nin rəqibi finala yüksəldi

Kateqoriya məlum deyil
T
“Zirə”nin Konfrans Liqasındakı rəqibi “Torpedo” Gürcüstan Superkubokunda yarımfinal oyununa çıxıb.
Sfera.az xəbər verir ki, Kutaisi təmsilçisi “Dila Qori” ilə qarşılaşıb. Matç “Torpedo”nun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Oyuna yeganə qolu 73-cü dəqiqədə Vladimer Mamuşaşvili vurub.
"Torpedo" iyulun 1-də keçiriləcək finalda “İberiya 1999” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Zirə”nin Gürcüstan klubuna qarşı ilk oyunu iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-da Kutaisidə olacaq.
Açar sözlər:
