Gürcüstan parlamenti Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəhbər seçdi

Gürcüstan parlamenti Tamaz Boraşvilinin Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.
Sfera.az xəbər verir ki, Boraşvilinin namizədliyini 83 deputat dəstəkləyib. Səsvermədə iştirak edən deputatların hamısı onun lehinə səs verib.
Qanunvericiliyə əsasən, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri altı il müddətinə seçilir. Lakin son 1,5 il ərzində bu vəzifəyə rəhbər seçilməsi məsələsi artıq dördüncü dəfə parlamentin gündəliyinə çıxarılıb.
2025-ci il aprelin 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə Anri Ohananaşvili təyin edilib. O, həmin il avqustun 23-də vəzifəsindən istefa verib.
Ohananaşvilini əvəz edən Mamuka Mdinaradze 2025-ci il sentyabrın 3-də parlament tərəfindən bu vəzifəyə təsdiqlənib. Lakin Mdinaradze 2026-cı il aprelin 21-də istefa verib və onun yerinə Gela Geladze təyin olunub.
Gela Geladze isə sentyabrın 14-də vəzifəsindən istefa verdiyini açıqlayıb. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinə Tamaz Boraşvilinin rəhbər təyin edilməsi qərara alınıb.
Bəsti Rəfizadə
Sfera.az






