Futbol
Emin Abbasova yüksək vəzifə verildi
“Səbail” Futbol Klubunda yeni təyinat gerçəkləşib. Sfera.az xəbər verir ki, tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl “Xəzər” və “Sabah” klublarının idarəetmə strukturlarında fəaliyyət göstərib./aut.az
İdman10.11.2026 20:07
"Şəhid övladları futbolu pulsuz izləməlidir" - Deputatdan təklif
Azərbaycan Premyer Liqasının “Zəfər turu” çərçivəsində keçirilən “Neftçi” - “Kəpəz” oyununda topa ilk toxunuşun şəhid övladları tərəfindən edilməsi təqdirlə qarşılanıb. Sfera.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa sosial şəbəkə hesabında bu təşəbbüsü yüksək qiymətləndirərək şəhid övladlarının futbol oyunlarını ödənişsiz izləməsi üçün xüsusi yerlərin ayrılmasını təklif edib. Deputat bildirib ki, bu təşəbbüs onu duyğulandırıb: “Çox bəyəndim və duyğulandım. Bəzən futbolumuz adına
Maraqlı07.11.2026 12:33
“Barselona”da ağır itki
"Barselona"nın əsas yarımmüdafiəçilərindən olan Rodri Hernandes bud nahiyəsindən aldığı zədə ucbatından uzun müddət komandasına kömək edə bilməyəcək. Sfera.az xəbər verir ki, tibbi müayinələrdən sonra futbolçunun təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib. Çempionlar Liqası matçında zədələnən təcrübəli oyunçu bu müddət ərzində həm "Barselona"nın vacib oyunlarını, həm də İspaniya millisinin heyətindəki qarşılaşmaları buraxacaq. Xüsusilə də bu həftəsonu "Atletiko Madrid" klubuna
İdman04.11.2026 20:46
FİFA-nın 2026-cı il Dünya Kuboku bilet satışından əldə etdiyi mənfəət açıqlandı
Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il dünya çempionatına biletlərin satışından təxminən 5 milyard dollar gəlir əldə edib. Sfera.az xəbər verir ki, vu barədə “The Times” nəşri məlumat yayıb. Bildirilib ki, bu məbləğ 2022-ci ildə Qətərdə keçirilən əvvəlki dünya çempionatı ilə müqayisədə beş dəfə çoxdur. FIFA bilet satışından əldə olunan rəsmi gəlirin illik hesabatda açıqlanacağını bildirib. Qeyd edək ki, 2026-cı il dünya çempionatı biletlərə dinamik qiymət tətbiq edilən ilk böyük
Media29.10.2026 11:53
Onların eşq həyatı da meydan qədər maraqlıdır
Futbol dünyasının məşhur simaları təkcə vurduqları qollarla deyil, şəxsi həyatları ilə də maqazin gündəmində yer alırlar. Bəzi futbolçuların münasibətləri illərlə davam edir, digərlərinin sevgi həyatı isə ayrılıqlar, barışıqlar və yeni münasibətlərlə diqqət çəkir. Sfera.az xəbər verir ki, Kriştiano Ronaldo, Neymar və Mario Balotelli şəxsi həyatları ilə beynəlxalq maqazin mediasında tez-tez müzakirə olunan futbolçular sırasındadır. Kriştiano Ronaldo – məşhur modellərlə adı hallanan ulduz
İdman21.10.2026 19:34
Afrika Millətlər Kubokunda dəyişiklik olacaq
Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kubokunun keçirilmə tezliyini dəyişdirmək imkanını nəzərdən keçirir. Qurum turnirin dörd ildən bir deyil, yenidən iki ildən bir təşkil olunmasına qayıda bilər. Sfera.az bildirir ki, "Reuters”in xəbərinə görə, CAF prezidenti Patris Motsepe bu barədə Kabo-Verdedə keçirilən strateji konfransda danışıb. Onun sözlərinə görə, təşkilat son günlər turnirin gələcəyini müzakirə edib və əvvəlki qərara yenidən baxılması da daxil olmaqla müxtəlif
İdman10.10.2026 21:01
Daha bir canlı əfsanə futbola geri qayıtdı
Daha bir canlı əfsanə futbola geri qayıdıb. Sfera.az xəbər verir ki, peşəkar futboldan üç il əvvəl uzaqlaşan David Silva gözlənilmədən yaşıl meydanlara qayıdıb. "Mançester Siti" və İspaniya millisinin 40 yaşlı əfsanəsi Honq-Konq Premyer Liqası təmsilçisi "Supreme Sha Tin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq heyrətamiz bir geridönüşə imza atıb./offsideplus
İdman07.10.2026 20:45
Ronaldo: Son mövsümüm ola bilər
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Al-Nassr” klubunun hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasının başa çatmasına dair açıqlama verib. Sfera.az xəbər verir ki, 41 yaşlı futbolçu hazırkı mövsümün onun karyerasında sonuncu ola biləcəyini istisna etməyib. “Bu, mənim son mövsümüm ola bilər. Dəqiq deyə bilmərəm. Bədənim və zehnim imkan versə, hər şey mümkündür. Ən yaxşı formada olsam, hər şey mümkündür. Həm klub, həm də milli komanda səviyyəsində hələ də qol vurduğumu
İdman24.09.2026 12:23
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Tacikistanla yoxlama oyununda zədələnib. Sfera.az xəbər verir ki, Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Mahir 90+3-cü dəqiqədə zədə alıb. Matç başa çatan kimi həkimlər futbolçuya tibbi yardım göstəriblər. Hələlik Mahir Emrelinin zədəsinin nə dərəcədə ciddi olub-olmadığı məlum deyil./qol.az
İdman23.09.2026 22:38
Hakan Çalhanoğlunun gələcəyi bəlli olur
"Yuventus" klubu "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun transferində maraqlıdır. Sfera.az xəbər verir ki, Turin təmsilçisi 2027-ci ildə müqaviləsinin müddəti başa çatacaq türkiyəli futbolçunun keçid şərtlərini öyrənmək üçün ilk təmaslara başlayıb. Məlumata görə, təcrübəli yarımmüdafiəçi gələcəyi ilə bağlı ilk növbədə "İnter" rəhbərliyi ilə görüşəcək. Tərəflər arasında yeni müqavilə ilə bağlı razılıq əldə olunmazsa, "Yuventus" variantı Hakan Çalhanoğlu üçün ciddi alternativə çevriləcək./
İdman21.09.2026 22:48
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlandı
“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçiriləcək dostluq oyununun vaxtı açıqlanıb. Sfera.az xəbər verir ki, bu barədə “Turan Tovuz” PFK məlumat yayıb. Qeyd olunub ki, qarşılaşma oktyabrın 3-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
İdman21.09.2026 21:43
Prezident sərəncam imzaladı
15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdiriləcək. Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycana gələn və bu Sərəncamın 2-ci
Cəmiyyət21.09.2026 20:19
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
"Qarabağ"ın və Azərbaycan millsinin futbolçusu Bəhlul Mustafazadə yenidən əməliyyat olunub. Sfera.az bildirir ki, bu barədə Ağdam klubundan məlumat verib. Futbolçunun 4 həftə sonra bərpa prosesinə başlayacağı qeyd olunur. Xatırladaq ki, bu ilin fevralında üzləşdiyi zədə səbəbindən uzunmüddət oynamayan 27 yaşlı mərkəz müdafiəçisinin ayağının əməliyyat olunan hissəsində yenidən problem yaranıb.
İdman17.09.2026 00:39
“Qəbələ” doğma meydanda qələbə qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib. Sfera.az xəbər verir ki, turun açılış matçı Qəbələdə olub. Şəhərin eyniadlı təmsilçisi “İmişli”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Bu nəticədən sonra “qırmızı-qaralar" 4 xalla altıncı, eyni xala malik “İmişli” isə yeddinci pillədədir. Günün digər qarşılaşmasında isə “Kəpəz” Gəncə şəhər stadionunda “Şamaxı”nı sınağa çəkəcək. Görüşə saat 20:15-də start veriləcək. Turun digər oyunları
İdman04.09.2026 20:58
Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir
“Səbail” futbol klubunun adı dəyişdirilir. Sfera.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial şəbəkə hesablarında məlumat yayıb. “Regionlarda futbolun inkişaf etdirilməsi və kütləviliyinin artırılması əsas hədəf kimi müəyyənləşdirilərək, “Səbail” PFK-nın adının “Quba” adı ilə dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar davam etdirilir. Yaxın gələcəkdə komandamızın Quba şəhərini təmsil edəcək olması bizim üçün böyük qürur və sevinc mənbəyidir. Bu dəyişiklik təkcə klubun adının
İdman02.09.2026 22:12
Günün oyunları - AFİŞA
Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək. Publika.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir: 23 avqust Rusiya, Premyer Liqa 14:00 Akron – Krılya Sovetov (Matç Premyer) 16:15 Dinamo Moskva – Rodina (Matç Premyer) 18:30 Dinamo Mahaçqala – Krasnodar (Matç Premyer) 21:00 Spartak Moskva – Zenit Moskva (Matç Premyer, Matç TV) İngiltərə, Premyer Liqa 17:00 Mançester Siti – Bornmut (beİN Sports 3) 19:30 Nyukasl – Liverpul (İdman TV) Azərbaycan,
İdman23.08.2026 17:00
Azərbaycanda yeni futbol klubu yaradıldı
“Gəncəbasar” Futbol Klubunun ictimaiyyət üçün təqdimatı keçirilib. Sfera.az xəbər verir ki, tədbirdə AFFA, Peşəkar Futbol Liqası, Futbolun İnkişaf Fondu, Gənclər və İdman Nazirliyi, klubların rəsmi şəxsləri, veteran futbolçular, iş adamları, həmçinin media nümayəndələri iştirak ediblər. Əvvəlcə Həşim Mövsümzadənin klub prezidenti olması açıqlanıb. O, uzunmüddətli və dayanıqlı klub modeli qurmağa fokuslandıqlarını bildirib. Klub rəhbəri “Gəncəbasar”ın strateji inkişaf planlarından danışıb,
İdman21.08.2026 18:10
AFFA-da vəzifəli şəxslər işdən çıxarıldılar
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) iki nəfər vəzifəsindən azad edilib. Sfera.az xəbər verir ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov vəzifəsindən göndərilib. Bundan başqa, federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da qurumdan uzaqlaşdırılıb. Həmçinin, AFFA-da Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsini icra edən Fərrux İsmayılov da vəzifəsindən azad edilib. Millimizin sabiq üzvü 2020-ci ildən sözügedən departamentin rəhbəri
İdman18.08.2026 19:26
Stadionda 27 yaşlı oğlanın ölməsinin ANBAAN GÖRÜNTÜLƏRİ
Ötən gün paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yerləşən stadionda ölüm hadisəsi baş verib. Sfera.az xəbər verir ki, futbol matçının bitməsinə təxminən 15 dəqiqə qalmış meydana çıxan Bakı sakini 27 yaşlı Xəyal İbadov meydançada həyatını itirib. Stadionun inzibatçısı Abdulla Şahverdiyev deyib ki, həmin şəxslər abunəlik sisteminə qoşularaq həftədə bir dəfə gəlib futbol oynayırlar. Həmin şəxs futbol oynayanlarla gəlib və oyunun qurtarmasına az qalmış meydana çıxıb, orada həyatını itirib. Faktla
Hadisə18.08.2026 11:51
"Qarabağ"dan üç qollu qələbə
Futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub. Sfera.az xəbər verir ki, bağlanış oyununda “Qarabağ” komandası “Şamaxı”nı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı ev sahiblərinin heyətində 28-ci dəqiqədə Renaldo Sefas açıb. Edqar Adilxanov 43-cü dəqiqədə bərabərlik qoluna imza atıb. Qonaqların heyətində Rikardo Apolinario avtoqol müəllifi olub. Matçda son nöqtəni 85-ci dəqiqədə Aleksey Kaşuk
İdman17.08.2026 22:02
“Xankəndi” klubu loqosunu dəyişdi - FOTO
“Xankəndi” Futbol Klubu yeni loqosunu təqdim edib. Sfera.az bildirir ki, bu barədə Metbuat.az -a klubdan məlumat verilib. Bildirilib ki, yeni loqo Xankəndinin tarixini, mədəni irsini və dəyərlərini özündə birləşdirir. Loqoda əks olunan hər bir detal şəhərin keçmişini, bu gününü və gələcəyə baxışını ifadə edir. Qeyd edək ki, “Xankəndi” Futbol Klubu 2024-cü ilin sentyabrında yaradılıb. Komanda 2024/2025 mövsümündə Region Liqasında mübarizəyə başlayıb. 2025/2026 mövsümündə 76 xalla İkinci Liqanın
İdman17.08.2026 20:55
Messi və Ronaldoya qarşı təhlükə
2026-cı il Dünya Kuboku zamanı ulduz futbolçulara qarşı təhdidlərin olduğu ortaya çıxıb. Sfera.az xəbər verir ki, ABŞ-dakı təhlükəsizlik qurumlarına aid olduğu bildirilən sızdırılmış hesabatlarda Lionel Messi-yə qarşı iki ciddi təhdidin qeydə alındığı bildirilib. İddialara görə, ilk hadisə Argentinanın Dallasda İordaniya ilə oyunu öncəsi baş verib. Hava limanına zəng edən şəxs üzərində bomba və AR-15 tipli silah olduğunu deyərək Messi-ni hədəf alacağını bildirib. Təxminən 10 gün sonra isə
Media12.08.2026 20:23
Nazir müşavirinə yeni vəzifə verildi
Xankəndi Futbol Klubunda idarəetmə strukturunun təkmilləşdirilməsi istiqamətində növbəti addım atılıb. Sfera.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında məlumat paylaşılıb. Klubun Ümumi Yığıncağının qərarı ilə Xankəndi FK-da Müşahidə Şurası yaradılıb və Şuranın sədri vəzifəsinə Elgün Səmədov seçilib. Qeyd edək ki, Elgün Səmədov səhiyyə nazirinin müşaviridir. O bu vəzifəyə ötən il təyin olunub./unikal
Cəmiyyət12.08.2026 19:56
Öldüyü açıqlanan futbolçu "morq"da DİRİLDİ
Nigeriyada öldüyü bildirilən 28 yaşlı futbolçu Çinedu Ozor morqda ayılıb. Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Katsina United”in yeni transferi mövsümöncəsi “Niger Tornadoes”lə yoldaşlıq oyununun ilk dəqiqələrində qəfil huşunu itirərək yerə yıxılıb. Xəstəxanaya çatdırılan futbolçunun öldüyü açıqlanıb. Bundan sonra klub və futbol qurumları Ozorun vəfatı ilə bağlı başsağlığı mesajları da yayıblar. Futbolçunun cəsədi isə prosedurlar üçün meyitxanaya aparılıb. Lakin yarılmaya hazırlıq
İdman12.08.2026 19:45
























