AFFA-da vəzifəli şəxslər işdən çıxarıldılar

Kateqoriya məlum deyil
T
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) iki nəfər vəzifəsindən azad edilib.
Sfera.az xəbər verir ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov vəzifəsindən göndərilib.
Bundan başqa, federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da qurumdan uzaqlaşdırılıb.
Həmçinin, AFFA-da Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsini icra edən Fərrux İsmayılov da vəzifəsindən azad edilib. Millimizin sabiq üzvü 2020-ci ildən sözügedən departamentin rəhbəri idi.
Onların hansı səbəbdən vəzifəsindən azad olunduğu barədə məlumat yoxdur./Sport1.az






