"Qarabağ"dan üç qollu qələbə

"Qarabağ"dan üç qollu qələbə
Kateqoriya məlum deyil
T

Futbol üzrə Azərbaycan Premyer Liqasında I tura yekun vurulub.

Sfera.az xəbər verir ki, bağlanış oyununda “Qarabağ” komandası “Şamaxı”nı qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı ev sahiblərinin heyətində 28-ci dəqiqədə Renaldo Sefas açıb. Edqar Adilxanov 43-cü dəqiqədə bərabərlik qoluna imza atıb. Qonaqların heyətində Rikardo Apolinario avtoqol müəllifi olub. Matçda son nöqtəni 85-ci dəqiqədə Aleksey Kaşuk qoyub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Qəbələ”ni, 1:0, “Sabah” “Kəpəz”i, “Zirə” “Şəfa”nı 2:0, “Neftçi” “Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib, “Araz-Naxçıvan” – “İmişli” matçında isə qalib müəyyənləşməyib - 0:0.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR