Messi və Ronaldoya qarşı təhlükə

Messi və Ronaldoya qarşı təhlükə
Kateqoriya məlum deyil
T

2026-cı il Dünya Kuboku zamanı ulduz futbolçulara qarşı təhdidlərin olduğu ortaya çıxıb.

Sfera.az xəbər verir ki, ABŞ-dakı təhlükəsizlik qurumlarına aid olduğu bildirilən sızdırılmış hesabatlarda Lionel Messi-yə qarşı iki ciddi təhdidin qeydə alındığı bildirilib.

İddialara görə, ilk hadisə Argentinanın Dallasda İordaniya ilə oyunu öncəsi baş verib. Hava limanına zəng edən şəxs üzərində bomba və AR-15 tipli silah olduğunu deyərək Messi-ni hədəf alacağını bildirib.

Təxminən 10 gün sonra isə sosial mediada Messi-ni stadionda bombalamaqla bağlı başqa bir təhdid paylaşılıb. Araşdırmadan sonra stadionda partlayıcı aşkarlanmayıb.

Sızdırılan sənədlərdə Cristiano Ronaldo ilə bağlı təhlükəsizlik hadisələrinin də yer aldığı qeyd olunub. Bir şəxsin Ronaldonun Hyustondakı otelində təhlükəsizlik sistemi və futbolçunun yeri barədə məlumat topladığı daha sonra saxlanıldığı bildirilib.

Torontoda isə başqa bir şəxsin Ronaldonun olduğu liftə daxil olmağa çalışdığı və təhlükəsizlik əməkdaşları tərəfindən saxlanıldığı qeyd edilib.

Sənədlərdə Dünya Kuboku zamanı digər futbolçular, hakimlər və milli komandaların da müxtəlif təhdid və təqib halları ilə üzləşdiyi bildirilir.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR