Mahir Emreli üçün xoşagəlməz an - Video
Kateqoriya məlum deyil
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Tacikistanla yoxlama oyununda zədələnib.
Sfera.az xəbər verir ki, Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Mahir 90+3-cü dəqiqədə zədə alıb.
Matç başa çatan kimi həkimlər futbolçuya tibbi yardım göstəriblər.
Hələlik Mahir Emrelinin zədəsinin nə dərəcədə ciddi olub-olmadığı məlum deyil./qol.az






