etiraz
İranda kütləvi etirazlar başladı – Havaya atəş açıldı
İranın Abdanan şəhərində neft şirkətinin işçilərini daşıyan avtobusun aşması və 13 nəfərin həlak olması kütləvi etirazlara səbəb olub. Sfera.az xəbər verir ki, hadisədən sonra şəhər sakinləri küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar “Bu, son döyüşdür, Pəhləvi geri qayıdacaq”, “Cavid Şah”, “Rejimə ölüm”, “Yoxsulluq, korrupsiya və bahalıq aradan qalxanadək mübarizə aparacağıq” kimi şüarlar səsləndiriblər. Onlar həmçinin səriştəsiz məmurların istefasını tələb ediblər.
Region17.11.2026 21:21
Makron: "Bu, çox şəxsi məsələdir"
Fransa Prezidenti Emmanuel Makron 17 yaşında olsaydı, məktəblilərin etiraz aksiyalarına qoşulub-qoşulmayacağı ilə bağlı suala konkret cavab verə bilməyib. Sfera.az xəbər verir ki, Makron bu barədə "HugoDecrypte" YouTube kanalına müsahibəsində danışıb. “Bu suala cavab vermək çox çətindir. Bu, çox şəxsi məsələdir. Burada dostunuzun etirazlara qatılıb-qatılmaması və ya sizi belə davranmağa vadar edən digər səbəblər mühüm rol oynayır”, – deyə Fransa lideri bildirib. Makron qeyd edib ki, insan
Dünya29.10.2026 19:20
Bütün Avropanı bürüyəcək təhlükə: Çox az qaldı…
Fransada başlayan və daha sonra İtaliyaya yayılan sosial etirazlar qitə miqyasında yayılıb; payız və qış aylarında Avropa Birliyi ölkələrində genişmiqyaslı iğtişaşlar dalğası gözlənilir. Sfera.az bildirir ki, bu barədə Politico nəşri yazıb. “Bir sıra ölkələrdə gənclərin narazılığı yaşayış xərclərinin və yanacağın qiymətinin artması ilə bağlı getdikcə güclənən narahatlıqla üst-üstə düşür”, – deyə nəşrdə bildirilib. Politico qeyd edir ki, diqqət mərkəzində İtaliya dayanır. Ölkənin cənubunda
Dünya22.10.2026 22:44
Səmra Hüseynovadan 1000 manatlıq borca ETİRAZ
Model Səmra Hüseynova “TikTok” fəaliyyətinə görə ona 1000 manat gəlir vergisi borcu hesablanmasına etiraz edib. Sfera.az xəbər verir ki, model sosial şəbəkədə paylaşım edərək Vergi Xidmətindən məsələ ilə bağlı açıqlama istəyib. O bildirib ki, son bir il altı ay ərzində Sumqayıtda sadələşdirilmiş vergi ödəyicisi kimi hesabat təqdim edib. Buna baxmayaraq, ona gəlir vergisi üzrə borc hesablanıb. Səmra Hüseynova qeyd edib ki, üç il əvvəl də oxşar vəziyyətlə üzləşib və həmin vaxt borc silinib. Model
Maqazin22.10.2026 17:00
Fransada etirazlar zamanı talan edilən mallar küçələrdə satışa çıxarıldı
Fransada həftəsonu şiddətlənən etirazlardan sonra talan edildiyi iddia olunan malların küçələrdə açıq şəkildə satışa çıxarıldığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Sfera.az xəbər verir ki, ölkədə təxminən bir aydır davam edən tələbə etirazları məktəblərdəki şəraitə, təhsil büdcəsinə və dövlət xidmətlərindəki çatışmazlıqlara qarşı başlayıb. Lakin sonradan aksiyalar ölkə miqyaslı iğtişaşlara çevrilib. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, şənbə günü keçirilən
Media20.10.2026 16:35
Fransada etiraz güclənir: yollar bağlandı
Fransada bahalılığa və yanacağın qiymətinin artmasına etiraz edənlər küçələrə çıxıb. Aksiyalar səbəbindən nəqliyyatda fasilələr yaranıb. Sfera.az xəbər verir ki, tələbələrin bir neçə gün davam edən etirazlarından sonra ölkədə həyat bahalılığına qarşı yeni aksiyalar başlayıb. Fransanın Nansi şəhərində fəallar yanacağın qiymətinin artmasına və yaşayış xərclərinin yüksəlməsinə etiraz olaraq səhər saatlarından yolları bağlayıblar. “Sarı jiletlilər” hərəkatının üzvləri və yerli etiraz qruplarının
Media17.10.2026 12:16
Fransada etiraz dalğası: 130 məktəb bağlı, 1000-dən çox yaralı
Fransada təhsil şəraitinin yaxşılaşdırılmasını tələb edən şagirdlərin etirazları təxminən bir aydır davam edir. Sfera.az xəbər verir ki, yerli medianın məlumatına görə, şagirdlər məktəblərə ayrılan büdcənin artırılmasını, əlavə müəllimlərin işə götürülməsini və təhsil infrastrukturunun yenilənməsini tələb edirlər. Altı təhsil həmkarlar ittifaqı da hökumətin vədlərini yetərsiz hesab edərək işçiləri tətilə çağırıb. Fransa Təhsil Nazirliyinin məlumatına görə, etirazlar səbəbindən ölkə üzrə 130
Media13.10.2026 12:38
Fransada məktəblilərə zorakılıq: Etirazçılara sərt müdaxilə edildi - VİDEO
Fransanın paytaxtı Parisdə və digər iri şəhərlərdə təhsil şəraitinin pisləşməsinə və büdcə ixtisarlarına etiraz edən məktəblilərin nümayişləri polisin sərt müdaxiləsi ilə nəticələnib. Sfera.az xəbər verir ki, məktəb binalarının girişlərini bağlayan və küçələrə axışan şagirdlərə, müəllimlərə və valideynlərə qarşı xüsusi təyinatlı polis qüvvələri gözyaşardıcı qaz, dəyənək və fiziki güc tətbiq edib. Hadisə yerindən çəkilən görüntülərdə asayiş keşikçilərinin qaçan və barrikadalar quran gəncləri
Dünya07.10.2026 11:31
Aslan İsmayılov etiraz etdi, Qəzənfər Abbasov cavab verdi
Açıq ürək əməliyyatı keçirən xanəndə Aqil Məlikovu xəstəxanada ziyarət edən sənət adamlarının onunla çəkdirdikləri fotoları sosial şəbəkələrdə paylaşması narazılığa səbəb olub. Sfera.az xəbər verir ki, vəkil Aslan İsmayılov bununla bağlı paylaşım edərək bu cür davranışları yolverilməz adlandırıb: "Xüsusilə son vaxtlar xəstəxanalarda can hayında olan tanınmış şəxslərlə fotosessiya edib həmin görüntüləri sosial şəbəkələrdə paylaşmaq qətiyyən yolverilməzdir. Yaşlı, ağır vəziyyətdə olan bir insanın
Sağlıq07.08.2026 15:47








