Makron: "Bu, çox şəxsi məsələdir"
Fransa Prezidenti Emmanuel Makron 17 yaşında olsaydı, məktəblilərin etiraz aksiyalarına qoşulub-qoşulmayacağı ilə bağlı suala konkret cavab verə bilməyib.
Sfera.az xəbər verir ki, Makron bu barədə "HugoDecrypte" YouTube kanalına müsahibəsində danışıb.
“Bu suala cavab vermək çox çətindir. Bu, çox şəxsi məsələdir. Burada dostunuzun etirazlara qatılıb-qatılmaması və ya sizi belə davranmağa vadar edən digər səbəblər mühüm rol oynayır”, – deyə Fransa lideri bildirib.
Makron qeyd edib ki, insan müəyyən məsələlərdə hakimiyyətin qərarları ilə razılaşmaya bilər, lakin bu, onun mütləq etiraz aksiyalarına qatılacağı anlamına gəlmir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Fransada sosial şəbəkələrin etirazların artmasına təsiri barədə danışıb. O, Parisin ölkədə fəaliyyət göstərən sosial platformaların işini tənzimləmək imkanlarını şübhə altına alıb və bu platformaların suveren olmadığını vurğulayıb.
Fatimə
Sfera.az






