Logo

İranda kütləvi etirazlar başladı – Havaya atəş açıldı

İranda kütləvi etirazlar başladı – Havaya atəş açıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İranın Abdanan şəhərində neft şirkətinin işçilərini daşıyan avtobusun aşması və 13 nəfərin həlak olması kütləvi etirazlara səbəb olub.

Sfera.az xəbər verir ki, hadisədən sonra şəhər sakinləri küçələrə çıxaraq hökumət əleyhinə şüarlar səsləndiriblər.

Etirazçılar “Bu, son döyüşdür, Pəhləvi geri qayıdacaq”, “Cavid Şah”, “Rejimə ölüm”, “Yoxsulluq, korrupsiya və bahalıq aradan qalxanadək mübarizə aparacağıq” kimi şüarlar səsləndiriblər. Onlar həmçinin səriştəsiz məmurların istefasını tələb ediblər.

Məlumata görə, aksiya keçirilən əraziyə motosikletlə gələn şəxslər havaya atəş açıblar. Bundan sonra etirazçıların bir hissəsi ərazini tərk etsə də, digərləri yürüşü davam etdiriblər.

Şəhər sakinləri etirazlar fonunda internet sürətinin də kəskin şəkildə azaldığını bildiriblər.

Qeyd edək ki, etirazlara neft şirkəti işçilərini daşıyan avtobusun qəzaya uğraması nəticəsində 13 nəfərin həyatını itirməsi səbəb olub.

Altay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR