Ceyhun Bayramov
Nazirlərin ilk iş yeri hara olub?
Azərbaycanda yüksək dövlət vəzifələrində çalışan məmurların böyük hissəsinin uzun illər ərzində müxtəlif sahələrdə formalaşan əmək və idarəçilik təcrübəsi var. Hazırda Nazirlər Kabinetində təmsil olunan şəxslərin də karyera yolu bir-birindən fərqlənir. Onların arasında fəaliyyətə dövlət qurumlarında başlayanlar da var, özəl sektordan gələnlər də. Sfera.az hazırda Azərbaycan hökumətində nazir vəzifəsini tutan şəxslərin əmək fəaliyyətinə haradan başladığını araşdırıb. Əli Əsədov Baş nazir Əli
Cəmiyyət06.10.2026 11:46
Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələri açılır? - Deputatdan CAVAB
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüblər. Tərəflər 2025-ci il Vaşinqton Sülh Sammitindən sonra əldə olunan razılaşmalar çərçivəsində irəliləyişi, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını müzakirə edib, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər. Tərəflər növbəti dəfə harada görüşə bilərlər? Azərbaycan-Ermənistan arasında ticarət və tranzit əlaqələrinin genişlənməsi Azərbaycan
Siyasət25.09.2026 13:30
Ceyhun Bayramov İƏT toplantısında çıxış etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. Sfera.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katibi İsmayıl Ould Şeyx Əhmədi təbrik edib, islamofobiyanın artmasına qarşı həmrəyliyin vacibliyini vurğulayıb və Azərbaycanın Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib. Ceyhun Bayramov regionda hərbi münaqişələrin artmasından dərin narahatlığını ifadə edib. O,
Gündəm24.09.2026 20:32
Ceyhun Bayramov Ferit Hoxa ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxa ilə görüşüb. Sfera.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib. Nazirlər ikitərəfli gündəliyi müzakirə edib, davamlı siyasi dialoqun, yüksək səviyyəli təmasların və BMT də daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini
Siyasət24.09.2026 18:01
Nazirlərin doğum yerləri və ailə kökləri – TAM SİYAHI
Azərbaycan hökumətində təmsil olunan nazirlərin doğum yerləri və ailə kökləri hər zaman maraq doğuran mövzulardan biridir. Nazirlər Kabinetində Bakı, Naxçıvan, Qarabağ, Gəncə, Qərbi Azərbaycan və ölkənin digər bölgələri ilə bağlılığı olan şəxslər təmsil olunur. Bəs hazırda fəaliyyət göstərən nazirlər harada doğulublar və onların ailə mənşəyi hansı bölgələrlə əlaqələndirilir? Sfera.az hazırda vəzifədə olan nazirlərin rəsmi bioqrafiyalarını və ailə kökləri ilə bağlı məlumatları bir araya gətirib.
Siyasət24.09.2026 13:47
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda TRIPP layihəsini müzakirə etdilər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Nyu-Yorkda ABŞ hökumətinin təşkil etdiyi “Sülh yolu ilə rifah: Transxəzər Ticarət Marşrutuna və TRIPP-ə investisiya” adlı tədbirdə iştirak ediblər. Sfera.az xəbər verir ki, tədbir BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilib. Bayramov və Mirzoyan “Sülh perspektivləri: TRIPP və Transxəzər marşrutunun həyata keçirilməsi” mövzusunda müzakirədə çıxış ediblər.
Siyasət24.09.2026 12:09
Ceyhun Bayramov isveçrəli həmkarı İqnasio Kassislə görüşdü
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassislə görüşüb. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb. Tərəflər Azərbaycan-İsveçrə münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini müzakirə edərək, müntəzəm siyasi dialoqun saxlanılmasının və ikitərəfli
Siyasət22.09.2026 22:32
Türkiyə XİN rəhbəri Azərbaycandadır - Hansı yeni razılaşmalar gözlənilir?
Türkiyənin xarici işlər naziri Hakan Fidanın sentyabrın 15-də Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın, eləcə də regional proseslərin müzakirə olunacağı bildirilib. Görüşlərdə iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması, birgə nəqliyyat və energetika layihələrinin inkişafı, müdafiə sənayesi və hərbi əməkdaşlığın genişləndirilməsi, həmçinin Türk Dövlətləri
Siyasət15.09.2026 14:57
Bayramov–Mirzoyan görüşü: Gündəlikdə nə olacaq?
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yaxın günlərdə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşəcək. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov 4-cü İqlim Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. "Sonuncu dəfə Bişkekdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıq və razılıq əldə etdik ki, ikitərəfli görüş keçirək. Yaxın zamanda belə bir görüş baş tuta bilər", - deyə nazir vurğulayıb. Maraqlıdır, bu görüşdə hansı məsələlərin müzakirə edilməsi imkanı
Siyasət10.09.2026 15:03
Azərbaycan Ukraynaya qaz tədarük etməyə hazırdır - Ceyhun Bayramov
Azərbaycan zərurət yaranacağı halda Ukraynaya təbii qaz tədarük etməyə hazırdır və regional enerji təhlükəsizliyini gücləndirmək üçün Ukraynanın yeraltı qaz anbarlarından istifadə imkanını nəzərdən keçirir. Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib.
İqtisadiyyat06.08.2026 14:14
Ceyhun Bayramov Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Bakıya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı səfir Tiina Nirk etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı, Azərbaycan ilə Estoniya
Siyasət03.08.2026 18:10
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb. Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud əməkdaşlıq gündəliyi, yol təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq məsələləri, habelə bu istiqamətdə qlobal təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov ölkəmizin
Siyasət02.07.2026 18:04












