Ceyhun Bayramov isveçrəli həmkarı İqnasio Kassislə görüşdü

Ceyhun Bayramov isveçrəli həmkarı İqnasio Kassislə görüşdü
Kateqoriya məlum deyil
T

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassislə görüşüb.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Tərəflər Azərbaycan-İsveçrə münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini müzakirə edərək, müntəzəm siyasi dialoqun saxlanılmasının və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər davamlı qarşılıqlı fəaliyyətin və konstruktiv beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR