Bakıda
Sabah Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı
Gündəm24.10.2026 12:35
Cənub axınları və Xəzərin nəmi: Bakıdakı rütubət zərərlidir?
Oktyabr ayının sonlarına yaxınlaşmağımıza baxmayaraq Bakıda hələ də sərin havalar müşahidə edilmir. Bunun əvəzində son günlərdə paytaxtda və ətraf rayonlarda rütubətin miqdarının kəskin artması görünür. Hər səhər yer səthinin islanması, əşyaların üzərində şehin düşməsi havanın hələ də soyumaması ilə əlaqələndirilir. Anomal rütubətlə müşayiət olunan bu mülayim payız günləri həm təbiətdə, həm də gündəlik həyatımızda öz təsirini hiss etdirməkdədir. Bəs temperaturun aşağı düşməməsinin səbəbi nədir
Cəmiyyət22.10.2026 15:10
Bakıdakı tozlu hava: Səhhətimizə necə təsir edir?
Bakıda havada tozun normadan artıq olması həm ekoloji, həm də sağlamlıq baxımından narahatlıq doğurur. Uzaq ərazilərdən gələn toz kütlələri, küləyin istiqaməti, yağıntının olmaması və atmosfer şəraiti bu prosesə təsir göstərən əsas amillər sırasındadır. Tozlu hava paytaxta necə artır? Ekoloq Cəmşid Bəxtiyar Sfera.az -a açıqlamasında bildirib ki, atmosferdə tozun konsentrasiyasının artmasının səbəblərindən biri transsərhəd toz daşınmalarıdır. Onun sözlərinə görə, quraq ərazilərdə yaranan toz
Gündəm19.10.2026 13:45
Bakıda ən bahalı 10 ev – Qiymətləri milyonlarla manatdır
Son illərdə Bakıda yaşayış evlərin qiymətinin sürətlə artması müşahidə edilir. Dörd-beş il əvvəl 100 min manata satılan evlər hazırda 150-180 min manata qədər bahalaşıb. Bahalaşmada Bakının bir neçə yaşayış massivi və rayonu xüsusilə seçilir. Həmin bölgələr paytaxtın ən bahalı evlərinin yerləşdiyi ərazilərdir. Bakıda evlərin ən bahalı olduğu yerlərdə bəzi mənzillərin dəyəri milyonlarla manatla ölçülür. Sfera.az xəbər verir ki, Bakının müxtəlif ərazilərində satışa çıxarılan bahalı fərdi yaşayış
İqtisadiyyat06.10.2026 12:03
Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Sfera.az xəbər verir ki, havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və
Gündəm26.09.2026 12:39
Metrodan sonra avtobus sıxlığı: Yeni nəqliyyat növünə ehtiyac var?
Metroda aparılan tikinti işləri ilə əlaqədar bəzi stansiyalar arasında əlaqənin dayandırılması sərnişinlərin avtobuslardan istifadə intensivliyini artırıb. Bu isə avtobuslarda sərnişin sıxlığının artmasına, daha çox avtobusun xəttə buraxılmasına və beləliklə yollarda hərəkətin çətinləşməsinə səbəb olub. Yaranan vəziyyət Bakıda avtobuslardan asılılığın azaldılmasına və yüksək tutumlu alternativ nəqliyyat növlərinin inkişafına ehtiyac olduğunu göstərir. Nəqliyyat eksperti Adil Nəbiyev Sfera.az -a
İqtisadiyyat18.09.2026 16:15
Bakıda küçədə meyit tapıldı
Bakıda küçədən meyit tapılıb. Sfera.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Beyləqan rayon sakini 67 yaşlı Aslan Paşa oğlu Paşayevin meyiti küçədə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırma aparılır./lent
Hadisə17.09.2026 21:51
Bakıda 30 dərəcə isti olacaq - Hava proqnozu
Azərbaycanda sentyabrın 3-də 32 dərəcə isti olacaq. Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz
Gündəm02.09.2026 13:16
Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO
Bakıda 7A marşrutu üzrə hərəkət edən avtobusda sərnişinlərlə sürücü arasında narazılıq yaşanıb. Sfera.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxtın "Şamaxinka" kimi tanınan ərazisində baş verib. Məlumata görə, sərnişinlərin avtobusa arxa qapıdan minməsi sürücünün narazılığına səbəb olub. O, etiraz edərək avtobusu idarə etməkdən imtina edib. Sürücü "Sürmürəm!" deyərək nəqliyyat vasitəsini saxlayıb. Sərnişinlər avtobusdan düşdükdən sonra nəqliyyat vasitəsi yenidən hərəkətə
Cəmiyyət02.09.2026 11:00
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. Sfera.az bildirir ki, 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyindən bıçaqlayıb. Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./teleqraf
Hadisə01.09.2026 21:02
Bakıda leysan olacaq, rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı, 31-i fasilələrlə yağan yağışın intensiv və güclü olacağı ehtimalı var. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 1-dək davam edəcəyi, bəzi yerlərdə
Cəmiyyət30.08.2026 20:16
Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
Avqustun 30-u saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə bəzi dağlıq dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağıntının miqdarı Ağstafada 7, Daşkəsən, Gəncə, Tovuz, Şəmkir, Ceyrançöl, Zaqatala və Göyçayda 1 mm-dək qeydə alınıb. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin
Cəmiyyət30.08.2026 12:14
Azərbaycanın bu şəhərində maaş Bakıdan yüksəkdir
2026-cı ilin iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq əməkhaqqı 1174 manatdır və bu göstərici regionlar üzrə kəskin fərqlənir. Sfera.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, ölkəmizdə şəhər və rayonlar üzrə ən yüksək orta maaş məbləği Bakıda deyil. Bakıda ortaaylıq maaş 1487 manatdır. Paytaxtdan daha yüksək əməkhaqqı səviyyəsi isə Xankəndi şəhərindədir. DSK-nın məlumatına əsasən, Xankəndidə ortaaylıq maaş 1644 manat olub. Ümumilikdə, ölkəmizin şəhər və
İqtisadiyyat20.08.2026 11:04
Bakıda piyada olmaq: Səkilər parklanma və ticarət yerinə çevrilib
Bakıda səkilərin avtomobillər, küçə ticarəti və müxtəlif obyektlər tərəfindən zəbt edilməsi piyadaların hərəkətini çətinləşdirir. Nəqliyyat eksperti İlqar Hüseynov Sfera.az -a açıqlamasında bildirib ki, küçə ticarəti dünyanın bir çox ölkəsində mövcuddur və inzibati qurumlar tərəfindən nəzarətdə saxlanılır. Ekspertin sözlərinə görə, küçə ticarətinə yalnız müvafiq icra hakimiyyəti strukturlarının müəyyən etdiyi gün, vaxt və ərazilərdə icazə verilməlidir: "Lakin restoran, xidmət sektoru və
Cəmiyyət17.08.2026 13:38
Yağış, şimşək, duman... - Faktiki hava açıqlandı
Avqustun 16-ı saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır. Düşən yağıntının miqdarı Astarada 40 (aylıq normanın 48%-i), Zaqatalada 11, Qubada 9, Ağstafa, Lənkəranda 7, Daşkəsən, Tovuzda 5, Qusarda 4, Xaltanda 3, Lerik, Qaxda 2, Qrız, Altıağac, Şəki, Gədəbəy, Şəmkirdə 1 mm-dək qeydə
Cəmiyyət16.08.2026 11:52
Bakıda külək, rayonlarda isə...
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı
Cəmiyyət16.08.2026 10:00
Bakıda müəmmalı ÖLÜM - Meyiti gecəyarı həyətdə tapıldı
Bakıda kişi evinin həyətində ölü halda tapılıb. Sfera.az xəbər verir ki, hadisə gecə saat 1 radələrində Xəzər rayonu Qala qəsəbəsi, Xaşaxuna bağlar sahəsində qeydə alınıb. 38 yaşlı Şakir Zakir oğlu Adnayevin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bəlli deyil. Araşdırma aparılır.
Hadisə15.08.2026 19:54
"Qarabağ"ın "Tvente" ilə macərası nə ilə bitəcək?
Ağdam klubunun qarşısında tanış rəqib var. 12 il əvvəl "Tvente"ni səfərdə susduraraq Avropa Liqasının qapısını açan “Qarabağ” bu dəfə Niderland təmsilçisinin qarşısında daha bir tarixi sınağa çıxacaq. Bəs 2014-cü ilin qəhrəmanlığı təkrarlanacaq, yoxsa illər sonra eyni rəqib “Qarabağ”ı Avropa yolunda dayandıracaq? “Qarabağ” üçün Avropada növbəti dayanacaq artıq bəllidir: Ağdam təmsilçisi UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubu ilə üz-üzə gələcək. İlk oyun
İdman15.08.2026 15:38
Sabah Bakıda və rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Avqustun 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Cəlilabad, Biləsuvar, Gədəbəy, Göygöl, Ağstafa, Gəncə, Tovuz, Şəmkir, Samux, Qazax,
Gündəm15.08.2026 15:01
Bölgələrdə leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, düşən yağıntının miqdarı Astarada 24, Daşkəsən, Gədəbəy, Qusarda 15, Qubada 13, Oğuzda 12, Şahdağda 8, Şəkidə 6, Lənkəranda 5, Naftalanda 4, Mingəçevir, Gəncədə 3, Sarıbaş (Qax), Balakən, Şabran, Goranboyda 2, Naxçıvan, Şahbuz, Tovuz, Şəmkir, Göygöl, Zaqatala, Xaçmaz, Şamaxı,
Gündəm15.08.2026 12:49
Sabah Bakıda külək olacaq - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı
Gündəm15.08.2026 12:24
Rodri "Barselona" ilə anlaşdı
İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri karyerasını İspaniyanın “Barselona” komandasında davam etdirməyə yaxındır. Sfera.az xəbər verir ki, 30 yaşlı futbolçu Kataloniya klubunun təklifini qəbul edib və hazırda klubların razılığa gəlməsini gözləyir. İddialara görə, ispaniyalı yarımmüdafiəçi keçidinin yaxın günlərdə rəsmiləşəcəyini düşündüyü üçün gələn həftə “Mançester Siti”nin məşqlərinə qatılmağı planlaşdırmır. “Barselona” Rodri üçün təxminən 70 milyon avro ödəməyə
İdman15.08.2026 10:31
Bakıda böyük beynəlxalq forum keçiriləcək
Sentyabrın 7-dən 9-dək Bakıda “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi keçiriləcək. Tədbir “Four Seasons” otelində baş tutacaq. Sfera.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının, beynəlxalq maliyyə təşkilatlarının, liman və dəmir yolu şirkətlərinin, nəqliyyat və logistika sektorunun, investisiya dairələrinin, biznes və ekspert təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir. Tədbirin təşkilatçıları “RDL Group”
Cəmiyyət10.08.2026 20:08
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
Bakıda mənzildən meyit tapılıb. Sfera.az xəbər verir ki, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 31-də yerləşən binadakı evlərin birində baş verib. Saatlı rayon sakini 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı mənzildə aşkar edilib. Qeyd edək ki, X.Rüstəmzadə ölkədə tanınmış banklardan birinin bölmə rəhbəri olub. O, həm də Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti kimi
Cəmiyyət07.08.2026 14:30
























