Millət vəkilindən boşanmış qadınlarla bağlı TƏKLİF: "Bu qaydalara..."
“Məcburi köçkünlərə verilən aylıq müavinət, loru dildə desək, "çörəkpulu" ərindən boşanmış qadınlara verilmir”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. “Bunun bərpasını vacib hesab edirəm. Bu qaydalara bir bənd əlavə edilməlidir”, - millət vəkili qeyd edib. O, İmişlinin kanalizasiya sisteminin yarımçıq qaldığını deyərək, bunun üçün vəsait ayrılmasını xahiş edib. “Xahiş edirəm, Nazirlər Kabinetinin işçilərinə deyin ki, vətəndaşlara