"Məcburi köçkünlərin öz doğma yurdlarında dəfninə şərait yaradılmalıdır" - Deputat

“Son illər ölkəmizdə təhsil sahəsinə diqqət daha da artırılıb”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 15 mart tarixli iclasında deputat Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, ötən dövrün təhsil sahəsində ən mühüm hadisələrindən biri Qarabağ və Azərbaycan – Türkiyə birgə universitetinin yaradılmasıdır.
Deputat ali məktəb müəllimlərinin sosial rifahının yaxşılaşdırılması üçün görülən tədbirlərə yenidən baxılmalısını təklif edib. Onun sözlərinə görə, bu gün bu məsələ gənc nəslin elmə marağına çox ciddi təsir göstərir.
Həmçinin C.Məmmədov əmək pensiyasının artırılması məsələsinə baxılmasını təklif edib.
Sonda isə millət vəkili əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə qəbirstanlıqların bərpası prosesinə başlanılmalıdır:
“Bəzi qəbirstanlıqlarda sümüklər açıq-aydın ortada qalıb. Bu prosesi mümkün qədər sürətləndirməliyik. Eyni zamanda, mərhələli şəkildə dünyasının dəyişmiş məcburi köçkünlərin öz doğma yurdlarında minalardan təmizlənmiş ərazilərdə dəfninə şərait yaradılmalıdır”.
Firuzə Əliyeva