"Zəfər Günü 20 sentyabra keçirilsin" - Qüdrət Həsənquliyev

“2023-cü ilə əsasən deyə bilərik ki, iqtisadiyyatda durğunluq dövrü olub, ciddi uğurlar əldə edə bilməmişik”. 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.

 

“2023-cü ildə sərhədlər bağlı olub. Adambaşına düşən ümumi məhsulun həcmi 2.1 faiz olub. Bu, Avropadan on dəfə azdır” deyən Q.Həsənquliyev bildirib ki, əgər islahatlara gedilməsə, avropalılar kimi yaşamaq vətəndaşlara xəyal olaraq qalacaq.

 

“Bildiyimiz kimi, noyabr ayında COP29 Bakıda keçiriləcək. Bilmək istərdim ki, nə qədər pul xərclənəcək. Velosiped yolları çəkilir, amma digər yandan köşklərdə siqaretlər reklam olunur. Qanuna görə, bu kimi məhsulların reklamı qadağandır, lakin məhəl qoyulmur”, - millət vəkili qeyd edib.

 

Q.Həsənquliyev təklif edib ki, 20 sentyabr “Uğur Günü” və ya “Qələbə Günü” kimi qeyd olunsun, ya da Zəfər Günü 20 sentyabra keçirilsin.

 

Deputat həmçinin taksilərin sayının 40 min azaldılmasına da fikir bildirib. Onun sözlərinə görə, belə bir qərarın qəbul edilməsi yolverilməzdir. Bakı şəhərində ən azından minimum 3 min avtobus olmalıdır. Hər şeydən öncə ictimai nəqliyyat inkişaf etdirilməlidir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...