Rusiyada prezident seçkiləri BAŞLADI: İlk dəfədir ki... - FOTOLAR 

Rusiyada prezident seçkiləri BAŞLADI: İlk dəfədir ki... - FOTOLAR 

Bu gün Rusiya prezidentinin seçilməsi üçün təşkil olunan 3 günlük marafon başlayıb.

 

Sfera.az bildirir ki, sabah və bazar günü də davam edəcək prosesdə 112 milyon 309 min qeydiyyatdan keçmiş seçici səs verəcək. Məntəqələr səhər saat 8-dən axşam 8-dək açıq olacaq. Rusiyanın ucqar bölgələrində yaşayan 29 regionun seçiciləri bu seçkidə ilk dəfə onlayn səs verə biləcəklər. Xaricdə yaşayan 1,9 milyon Rusiya vətəndaşı səfirliklərdə, konsulluqlarda və ya poçt vasitəsilə səsvermə hüquqlarından istifadə edəcəklər.

 

Məlumata görə, Rusiyanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krımda və 2022-ci ildə işğal etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojya bölgələrində seçki qutularının qurulacaq. Seçkilərdə hazırkı Prezident Vladimir Putinlə yanaşı, Liberal Demokrat Partiyasının sədri Leonid Slutski, Kommunist Partiyasının namizədi Nikolay Xaritonov və Yeni Xalq Partiyası adından Vladislav Davankov mübarizə aparacaq.

 

Qərb mətbuatında aparılan təhlillər göstərir ki, hər üç namizəd Putin üçün real təhlükə yaratmır. Rusiyalılar tarixdə ilk dəfə prezident seçkiləri prosesində üç gün səs verəcəklər. Bu format ilk dəfə 2020-ci ildə pandemiya səbəbindən əhalinin sağlamlığını qorumaq üçün konstitusiya referendumunda sınaqdan keçirilib. Müstəqil müşahidəçilər isə bu üsulu tənqid edir və bunun səsvermə prosesinin şəffaflığını təmin etməyi çətinləşdirdiyini bildirirlər.

 

Digər tərəfdən, əsasən, ruslardan ibarət Ukrayna milis qrupları son bir həftədir Rusiyanın cənubundakı Kursk və Belqorod vilayətlərinə girməyə cəhd edirlər.

 

“Azad Rusiya legionu” adlı qrup dünən verdiyi açıqlamada məqsədlərinin Rusiyada keçiriləcək seçkiləri pozmaq olduğunu açıq şəkildə ifadə edib və Rusiya şəhərlərində mülki əhalinin təxliyyəsinə çağırıb. Eyni zamanda, bir müddət əvvəl həbsxanada şübhəli şəkildə dünyasını dəyişən müxalif rusiyalı siyasətçi Aleksey Navalninin həyat yoldaşı Yuliya Navalnaya seçkilərdə Putinə etiraz etməyə səsləyib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....