Millət vəkili peşə təhsilinin önəmindən DANIŞDI

Millət vəkili peşə təhsilinin önəmindən DANIŞDI

"Təəssüf hissi ilə qeyd etməliyik ki, peşə təhsilinə qəbul ali təhsilə qəbuldan 3 dəfə azdır. Ölkəyə inkişaf istiqamətlərinə uyğun zəruri peşələrə malik ixtisaslı işçilər lazımdır".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, deputat Bəxtiyar Əliyev deyib.

 

Komitə sədri bildirib ki, həm on minlərlə gənc peşə təhsilindən kənarda qalır, həm də iqtisadiyyatımız işçi qüvvəsi potensialını itirir: 

 

"Bu vəziyyət köklü surətdə dəyişdirilməlidir. Hesab edirəm ki, bu məsələyə yenidən baxılacaq və müvafiq qərarlar qəbul ediləcək".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR