"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH
Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki, tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. “Məsələn, əgər təsəvvür etsək ki, Ermənistan ərazisi ilə Azərbaycandan Naxçıvana və ya Türkiyəyə qaz kəməri keçəcək: belə bir variantı da istisna etmək olmaz”, - o bildirib. Paşinyanın bu açıqlaması necə dəyərləndirilməlidir? Bu, reallaşa bilərmi? Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib