"Hər bir vətəndaş cəmiyyətin, dövlətin maraqlarına xidmət etməyə borcludur" - ŞƏRH

"Hər bir vətəndaş cəmiyyətin, dövlətin maraqlarına xidmət etməyə borcludur" - ŞƏRH

"Hər bir dövlətin güclü olmasında, dövlətçilik ənənələrinin möhkəmlənməsində ictimai və dövlət maraqlarının qorunması vacib faktorlardan biridir".

 

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

“O ölkə güclüdür ki, orada ictimai və dövlət maraqları hər şeydən üstündür. İctimai və dövlət maraqlarının müdafiəsi müasir dövrün ən mühüm şərtlərindən biridir. Bu, vətəndaşların qarşısında duran mühüm məsələlərdəndir. Yəni hər bir vətəndaş kimliyindən asılı olmayaraq dövlətin, ictimaiyyətin maraqlarına xidmət etməyə borcludur. Ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır. Dahi rəhbərin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanan həmin konsept bu gün də qüvvədədir və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizdə dövlət və cəmiyyət maraqlarının vəhdətinə xüsusi önəm verir. Dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqların üst-üstə düşməsi önəmli şərtlərdən hesab olunur. İctimai və dövlət maraqlarının müdafiəsi istiqamətində aparılan işlər sayəsində cəmiyyətimizdə layiqli gənclər yetişib və biz bunun 44 günlük müharibə zamanında şahidi olduq. Azərbaycan gənclərinin vətənin ərazi bütövlüyü uğrunda dövlətin ətrafında birləşməsi, ictimai və dövlət maraqlarına böyük önəm verməsi sayəsində, həmrəyliyimiz sayəsində, rəşadətli Azərbaycan Ordusu məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, uzaqgörənliyi və rəhbərliyi ilə ən qısa zamanda işğala son qoyuldu və torpaqlarımız işğaldan azad olundu. Bununla da ölkəmizin ərazi bütövlüyü təmin edildi".

 

Millət vəkili ictimai və dövlət maraqlarının təmin olunmasında KİV-lərin rolunun böyük olduğunu da qeyd edib.

 

"Kütləvi informasiya vasitələri də öz fəaliyyətlərində dövlət maraqlarını qorumalıdır. KİV-lərin əsas məqsədlərindən biri də dövlət maraqları ilə ictimai maraqların vəhdət təşkil etməsidir. Çünki hər birimizin həyat fəaliyyətində bu mühüm amildir. İnformasiya orduları əvəz edir və əksər hallarda ölkələrin suverenliyinə məhz media üzərindən müdaxilələr olunur. Ölkəmizin zaman-zaman "informasiya terroru" ilə üzləşdiyini də nəzərə alsaq, bu amil günün prioritet məsələsinə çevrilir. İnformasiya axınına düşən insan tədricən öz düşüncə tərzindən uzaqlaşaraq aldığı informasiyanın təsiri ilə düşünməyə başlayır. Bütün bunlar sübut edir ki, müasir dünya üçün ən təhlükəli silah informasiyadır. Yalnız informasiya müharibəsindən qalib gələn dövlətlər dünya informasiya bazarına sahib çıxa bilər. Belə olduqda, Azərbaycanda dövlət və medianın qarşılıqlı maraqları ortaya çıxır. Dünyanın heç bir qayda tanımayan informasiya müharibəsində medianın güclü olması dövlətin güclü olması deməkdir.

 

Ülkər Abdurahmanlı

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İctimai və dövlət maraqlarının müdafiəsi

 


OXŞAR XƏBƏRLƏR

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...

Mişel Obama dietik sərinləşdirici içki təqdim etdi

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama mağazada ziyarətçilər üçün yeni içki təqdim edib.   Sfera.az bildirir ki, Mişel Obamanın çəkildiyi video inter...

Miley Cyrus ən populyar mahnısına görə məhkəməyə verildi

Amerikalı müğənni Miley Cyrusa (Mayli Sayrus) ilk “Qremmi” mükafatını qazandıran və onu ABŞ və Böyük Britaniya hit-paradlarında bir nömrəyə çıxaran ...

Pilot havaya qalxdıqdan üç dəqiqə sonra huşunu itirdi: Sərnişinlərə nə oldu?

İçərisində 37 sərnişin və 4 ekipaj üzvü olan KLM təyyarəsinin pilotu qəfil huşunu itirib. Sfera.az xəbər verir ki, insident uçuşdan cəmi üç dəqiqə sonra, t...

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kemerovo vilayətinin Taştagöl rayonunda güclü zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizik...