"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq vəzifəsini tərk etməzdən əvvəl vida nitqində deyib.

 

Stoltenberq qeyd edib ki, sülh danışıqları Rusiyanın iştirakı ilə aparılmalıdır:

 

"Hərbi güc dialoq üçün zəruri şərtdir. Nə qədər çətin olsa da, qonşularımızla danışmalıyıq. Lakin dialoq yalnız güclü müdafiə ilə dəstəklənəndə işləyir. Ukraynaya daha çox silah verməklə biz Putinə istədiyini güclə əldə edə bilməyəcəyini başa sala bilərik. Beləliklə, o, Ukraynanın suveren ölkə kimi yaşamaq hüququ olduğunu qəbul etməli olacaq”. 

 

Alyansın səlahiyyət müddətini başa vuran Baş katibin fikrincə, hər hansı gələcək saziş davamlı sülhün təmin edilməsi üçün Ukraynanın güclü hərbi dəstəyi və etibarlı təhlükəsizlik təminatları ilə dəstəklənməlidir.

 

Stoltenberq həmçinin qeyd edib ki, sabit Ukrayna olmadan Avropada davamlı təhlükəsizlik ola bilməz, Ukrayna NATO-ya üzv olmadan isə davamlı təhlükəsizlik ola bilməz:

 

"NATO-nun qapıları açıqdır və Ukrayna da ona qoşulacaq”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Harrisin Zelenski ilə görüşə bu qədər can atmasının səbəbi nədir? - AÇIQLAMA

ABŞ seçkilərində Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir. Bild...

Zaxarova: "Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər"

Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edərsə, münaqişə tamamilə fərqli miqyas ala bilər və bütün dünya üçün nəticə...

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident ...

Kursk əməliyyatı ilə bağlı YENİ DETALLAR - Rəsmi sənədlər üzə çıxdı

Ukrayna silahlı qüvvələrinin Kursk vilayətinə hücum edəcəyini Rusiya dövləti bir neçə ay öncədən bilirmiş. Hətta ordu və xüsusi xidmət orqanları bu hücumun qarş...

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...