"Bu ölkələr Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi işləyirlər" - Politoloq

"Bu ölkələr Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi işləyirlər" - Politoloq

"ABŞ və Böyük Britaniya Azərbaycanla Ermənistan arasında oktyabrda sülh müqaviləsinin bağlanması istiqamətində çalışır".

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

 

Onun sözlərinə görə, ABŞ kəşfiyyat rəsmisinin və Böyük Britaniyanın Mİ6 rəhbərinin Azərbaycana səfəri də əsasən bununla bağlı olub. 

 

M.Əsədullazadə qeyd edib ki, ABŞ və Böyük Britaniya Xəzər hövzəsində yeni geosiyasi layihələr və Mərkəzi Asiyaya açılım siyasəti hazırlayır:

 

“Bu ölkələr Rusiyanı regiondan çıxarmaq və Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi işləyirlər. İranın bütün isterikalarına baxmayaraq, Tehran Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək. Azərbaycan da sülhə hazırdır. Ölkəmiz bu il müdafiə və təhlükəsizlik sahəsinə ötən ilə nisbətən az büdcə ayırdı. Bu, Azərbaycanın qarşı tərəfə mesajıdır”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Tarkandan üzr istəyəcək

İllərdir MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkən türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkand...

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist ...

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ər...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə də...

Donetsk və Sumı atəşə tutuldu: 4 ölü, 7 yaralı var

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar. &nb...

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib....