Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti
"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın köməyi ilə bütün əldə olunmuş nailiyyətləri artıracağıq, öhdəlik götürdüyümüz sənədləri icra edəcəyik". Sfera.az xəbər verir ki, bu fikirləri İran Prezidenti Məsud Pezeşkian azərbaycanlı həmkarı İlham Əliyevlə birgə mətbuat konfransında deyib. "Bəzi məqamlar var ki, hələ yazılmayıb. Amma gərəkdir ki, onları da yazaq və imzalayaq, onları