"Nüvə təhlükəsi təhdid olaraq qalır"

"Nüvə təhlükəsi təhdid olaraq qalır"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Bilik Birincisi” təhsil marafonu çərçivəsində çıxışı zamanı nüvə təhlükəsinin hələ də ciddi təhdid olaraq qaldığını bildirib.

 

Sfera.az “TASS” Agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, nüvə fəlakəti bir qədər azalsa da, o, davamlı təhlükə kimi görünməyə davam edir.
Bunun qorxulu vəziyyət olduğunu bildirən Medvedev həmçinin ABŞ Prezidenti Donald Trampın 3-cü Dünya Müharibəsinin Ukrayna ətrafında başlaya biləcəyi barədə fikirlərini “doğru və sadə” bəyanat adlandırıb.

 

O, Trampın sələfi haqqında fikirlər bildirərək deyib:

 

“Dəfələrlə təkid edirdi ki, bütün bunlar ruslar tərəfindən uydurulub, real təhlükə yoxdur. Vəziyyət bir qədər yaxşılaşsa da, gərginlik heç bir şəkildə aradan qalxmayıb”.

 

Medvedevin bu fikirləri qlobal təhlükəsizliklə bağlı narahatlıqların hələ də aktuallığını bir daha gündəmə gətirib.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR