Tarixi Zəfərimiz sübut etdi ki, Heydər Əliyev siyasi irsinin ölkəmizdə alternativi yoxdur
Müasir Azərbaycan tarixi yalnız özümüz üçün deyil, bir çoxlarına ibrət nümunəsidir. Ədalətsizliklə üzləşən xalqlar Azərbaycan gerçəkliyində görürlər ki, istənilən cəmiyyətin taleyində məsuliyyətli və qətiyyətli lider faktorunun rolu danılmazdır. Tarixi sınaq dövründə ən mükəmməl sistem idarəçiliyi belə, şəxsiyyət boşluğunun yerini doldura bilmir, nəticədə isə ölkə məğlubiyyətlə üzləşir. Bu, hansı coğrafiyada yaşamasından asılı olmayaraq, bütün xalqlar üçün keçərlidir. Elə buna görə,