Aprel döyüşləri zamanı 18 döyüş mövqeyi itirdik - Levon Mnatsakanyan

Aprel döyüşləri zamanı 18 döyüş mövqeyi itirdik - Levon Mnatsakanyan

İyunun 12-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-cı ildə baş vermiş və şərti olaraq “Aprel döyüşləri” adlandırılan hadisələrlə bağlı dövlət ittihamını müdafiə edən prokurorun növbəti suallarını cavablandırıb.

 

Sfera.az Trend-a istinadən xəbər verir ki, həmin vaxt general-leytenant rütbəsi ilə qondarma rejimin “müdafiə naziri” olan L.Mnatsakanyan Aprel döyüşlərinin nəticələrinin Ermənistanda necə qiymətləndirilməsi barədə sualı cavablandırarkən, həmin döyüşlər zamanı 18 döyüş mövqeyi “itirdiklərini” bildirib.

 

Məhkəmədə L.Mnatsakanyanın Aprel döyüşləri ilə bağlı jurnalistlərə verdiyi iki müsahibəsindən bəzi hissələr də nümayiş etdirilib.

 

O, Aprel döyüşlərindən sonra verdiyi müsahibədə “Ümumi vəziyyət nəzarət altındadır, qoşunların döyüş hazırlığı müvafiq səviyyədədir, sərhədlərimiz möhkəmdir və etibarlı əllərdədir” deyir. L. Mnatsakanyan jurnalistin “Düzdür ki, qarşı tərəf də müdafiə olunur?” sualına “Bəli” cavabını verir.

 

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Nəsir Bayramovun “Müsahibdə barəsində danışdığınz qarşı tərəf kimdir və sizin hansı hücumdan müdafiə olunur?” sualına isə L.Mnatsakanyan konkret cavab verməyib.

 

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

İsrail-İran gərginliyi - Azərbaycan üçün risklər hansılardır?

İsrail və İran arasında ciddi gərginlik yaranıb. Bu məsələdə Azərbaycanı düşündürən əsas məqam baş verənlərin ölkəmizə təsiri imkanları ilə bağlıdır.  &...

İsrailə səfər edənlərə MÜRACİƏT – “Bu qaydalara əməl edin!

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə səfər edən vətəndaşlarımıza müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə İsrail Dövləti ...

"Səhiyyə xidmətlərinin əsas hissəsini TƏBİB həyata keçirir" - Nazir

"Ölkə ərazisində göstərilən dövlət səhiyyə xidmətlərinin əsas hissəsi icbari tibbi sığorta çərçivəsində TƏBİB-in qurumları tərəfindən həyata keçirilir"...

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a ve...

"İpoteka kreditlərinin 78 faizi Bakının payına düşür" - Sahil Babayev

“Plenar iclas zamanı səsləndirilən fikirlərdən biri də ipoteka siyasətinin dəyişdirilməsi və onun paytaxtdan bölgələrə yönəldilməsi zəruriliyi ilə bağlıdı...

Sahil Babayev: “Təhsilə ayrılan xərclər beynəlxalq normativlərə yaxındır”

“Milli Məclisdə büdcə müzakirələri zamanı qaldırılan məsələlərdən biri də elm və təhsil xərclərinin ÜDM-də çəkisi ilə bağlıdır. Bizim 2024-cü ildə büdcəmi...