İran-İsrail müharibəsi başlayır? - AÇIQLAMA

İran-İsrail müharibəsi başlayır? - AÇIQLAMA

ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olması barədə məlumat əldə ediblər.

 

Mənbələrin sözlərinə görə, amerikalı məmurlara İsrailin İrana qarşı hərbi əməliyyata başlamağa tam hazır olduğu barədə informasiya verilib. 

 

Hazırda İran-İsrail müharibəsi nə dərəcədə real görünür? Hərbi toqquşma yaşanarsa, kənar müdaxilələr olacaqmı?

 

Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli İsrailin İrana hərbi zərbələr endirmək üçün hazırlıqları yekunlaşdırdığını və artıq hər an hərəkətə keçməyə hazır olduqları barədə rəsmi bəyanatlar verildiyini bildirib. 

 

 

Onun sözlərinə görə, bu məsələ təkcə İsrailin irəli apara biləcəyi bir məsələ deyil, çünki İsrail ABŞ-nin ən yaxın müttəfiqlərindəndir və atdığı bütün addımları da Vaşinqton ilə razılaşdırır:

 

“ABŞ-nin razılığı olmadan İsrailin İrana hərbi zərbə endirməsi o qədər də inandırıcı görünmür. Bəzi məlumatlara görə, Vaşinqton hazırda Tehranla müharibəyə başlamaqda maraqlı deyil. Çünki Ukrayna müharibəsi və onun ətrafında yaranmış gərgin vəziyyət Ağ Evdə ciddi narahatlıqla qarşılanır. Və belə bir mərhələdə ABŞ-nin İranla müharibədə maraqlı olmadığı aydındır. Lakin bu o demək deyil ki, İsrail ABŞ-nin bu məsələdə qərarverici olmayacağını düşünür. Ağ evdə də hesab edirlər ki, İranın nüvə proqramı ilə bağlı məsələ siyasi-diplomatik yollarla həll oluna bilər”.

 

Politoloq hərbi müdaxiləyə ehtiyac qalmaya biləcəyini vurğulayıb. 

 

O qeyd edib ki, buna görə də İsrailin ABŞ-dən İranla bağlı hərbi zərbə üçün razılıq və razılaşma alması asan bir məsələ deyil:

 

“Əgər Ağ Ev razılıq verməzsə, İsrailin İrana qarşı hərbi addımlar atmağa cəhd göstərməsi də gözlənilmir. Bu baxımdan, indiki mərhələdə ABŞ-nin razılıq vermə ehtimalı yoxdur və bununla paralel olaraq İsrailin İrana hərbi zərbə endirmə ehtimalı da inandırıcı görünmür”.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İsrailə səfər edənlərə MÜRACİƏT – “Bu qaydalara əməl edin!

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə səfər edən vətəndaşlarımıza müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə İsrail Dövləti ...

"Səhiyyə xidmətlərinin əsas hissəsini TƏBİB həyata keçirir" - Nazir

"Ölkə ərazisində göstərilən dövlət səhiyyə xidmətlərinin əsas hissəsi icbari tibbi sığorta çərçivəsində TƏBİB-in qurumları tərəfindən həyata keçirilir"...

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a ve...

"İpoteka kreditlərinin 78 faizi Bakının payına düşür" - Sahil Babayev

“Plenar iclas zamanı səsləndirilən fikirlərdən biri də ipoteka siyasətinin dəyişdirilməsi və onun paytaxtdan bölgələrə yönəldilməsi zəruriliyi ilə bağlıdı...

Sahil Babayev: “Təhsilə ayrılan xərclər beynəlxalq normativlərə yaxındır”

“Milli Məclisdə büdcə müzakirələri zamanı qaldırılan məsələlərdən biri də elm və təhsil xərclərinin ÜDM-də çəkisi ilə bağlıdır. Bizim 2024-cü ildə büdcəmi...

Hansı daha güclüdür: İran, yoxsa İsrail - Müqayisə

İsrailin bu gün səhər saatlarında İranın nüvə obyektlərinə hava hücumu təşkil etdiyini açıqlamasının ardından Tehran da qısa müddət sonra cavab verəcəyini bəyan...