Prezident İlham Əliyev Vladimir Putini təbrik etdi

Prezident İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

 

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

 

"Hörmətli Vladimir Vladimiroviç.

 

Dövlət bayramı - Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

 

Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Bu gün həmin nəcib ənənələr dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafı və məsələlərin geniş spektri üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı bünövrədir.

 

Əminəm ki, dost xalqlarımızın və ölkələrimizin maraqları naminə biz bundan sonra da Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda çoxplanlı qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün bütün səyləri göstərəcəyik.

 

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram".


OXŞAR XƏBƏRLƏR

İrana hücumda ölən və yaralananlar sırasında vətəndaşlarımız da var? – RƏSMİ AÇIQLAMA

“İsrailin İrana hücumu nəticəsində zərər çəkmiş şəxslər arasında Azərbaycan vətəndaşının olması barədə qaynar xətlərə məlumat daxil olmayıb”. &nb...

Azərbaycanda bu şəxslərin maaşı 1100 manat OLDU – RƏSMİ

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,2 % artaraq 1...

"Bütün tədbirlərin Qarabağda keçirilməsini istəyirlər" - Siyavuş Novruzov

“Azərbaycan borc alan dövlətdən, borc verən dövlətə çevrilib”.   Sfera.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu...

Kəmalə Günəşli toyda ev sahibinə belə hücum edib - ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, Sumqayıtın Nizami küçəsində yerləşən "Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni K...

"Parlament notarius deyil, kim belə düşünürsə..." - Millət vəkili

"Təklif edirəm ki, Parlamentdə "hökumət saatı" müəyyənləşdirək və ayda bir dəfə bir hökumət üzvü suallarımızı cavablandırsın. Komitə iclaslarında...

İsrail-İran münaqişəsinin Azərbaycana təsiri: Nələr dəyişəcək – AÇIQLAMA

“İsrailin İrana qarşı həyata keçirdiyi son hücumlar regionda vəziyyəti ciddi şəkildə dəyişə bilər. Münaqişənin mümkün təsirləri təhlükəsizlik mühitindən t...