Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezidentdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Sfera.az xəbər verir ki, Sərəncam deyilir ki, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilmişdir.

 

Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaq.
 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.


OXŞAR XƏBƏRLƏR

Pezeşkian: “İsraili peşman edəcəyik”

İran Prezidenti Məsud Pezeşkian xalqına müraciətində İranın cavabının İsraili peşman edəcəyini vurğulayıb.   Sfera.az xəbər verir ki, bu barəd...

Kamaləddin Qafarov: “Azərbaycanın uğurları Heydər Əliyev siyasi irsinin təntənəsidir”

“Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşılaşdığı bir məqamda xilaskarlıq missiyasını öz...

İsraildə təhsil müəssisələri fəaliyyətini dayandırdı

İsrailin Daxili Qoşunlar Komandanlığının təlimatlarına əsasən, ölkədə bütün təhsil fəaliyyəti dayandırılıb.    Sfera.az xəbər verir ki, bu ...

İranın daha bir generalı öldürüldü

SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə də İsrailin endirdiyi zərbələr nəticəsində öldürülüb.   Sfera.az ...

Təbrizə hücum zamanı 5 nəfər ölüb- Yenilənib

İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində Təbrizdə azı üç nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bununla bağlı “Ta...

İran böhrandan qaçmaq üçün ABŞ-la nüvə sazişi bağlamalıdır - Tramp

İran növbəti böhrandan yayınmaq üçün ABŞ-la nüvə məsələsində razılaşmaya gəlməlidir.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə AB...