Rusiya iyul ayında bu əraziləri ələ keçirib

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib. Bu, son 7 ayda qeydə alınan ən böyük irəliləyişdir.

 

Ən böyük qazanclar Donetsk vilayətində olub – Rusiya artıq bölgənin 75%-nə nəzarət edir.

 

Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, Rusiyanın digər cəbhələrdə də irəliləyişləri var. Şərqi Dnepropetrovsk vilayətində 8, Sumı vilayətində isə iyun ayında 130 kv.km ərazi ələ keçirilib.

 

FSB Ukraynanın Donetskdə yerləşən bir sığınacaqda kimyəvi maddələr və silah anbarı aşkar etdiyini açıqlayıb. Qurum, Ukraynanın kloropikrin tərkibli maddələri PUA-larla Rusiya ərazisinə göndərməyə hazırlaşdığını iddia edib. Rusiya rəsmiləri bunu “müharibə şəraitində terror aktı” kimi qiymətləndirib.

 

Son bir ildə Rusiya Ukraynada ümumilikdə 5500 kv.km ərazi qazanıb. İyun ayında Rusiyanın Ukraynaya qarşı PUA hücumlarının sayı 5438-ə çataraq yeni rekord müəyyən edib. Hazırda Rusiya Ukrayna ərazilərinin təxminən 19%-nə tam və ya qismən nəzarət edir.

 

Bəsti Rəfizadə

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...