Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır. 

 

Sfera.az xəbər verir ki,  bu barədə Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlamasında məlumat verib.

 

Peskov bildirib ki, Rusiya Suriya ilə münasibətləri davam etdirir və bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb:

 

“Əlbəttə, belə dəvətlər olacaq. Biz Suriyanın mövcud rəhbərliyi ilə münasibətləri davam etdiririk və bunu gələcəkdə də edəcəyik. Suriyada maraqlarımız var”.

 

Kreml sözçüsü ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etmək qərarına da münasibət bildirib. O, bu addımı “ABŞ-nin öz suveren iradəsi ilə verdiyi qərar” kimi dəyərləndirib.

 

Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR