Azərbaycan səfiri Rusiya XİN-in binasını tərk edib

Siyasət
12:18 / 01.07.2025
3379
Azərbaycan Respublikasının Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Moskvada Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya tərəfi Bakının “qeyri-dost hərəkətləri” və rusiyalı jurnalistlərin saxlanılması ilə bağlı narahatlığını ifadə edib. Diplomat nazirlik binasında təxminən bir saat qalıb.
Fidan Hacızadə
Sfera.az