Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. Sfera.az xəbər verir ki, şura sədri Rəşad Məcidin adından ünvanlanmış məktubda bildirilib: “Möhtərəm cənab Prezident! “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamınız milli mətbuatımızın keçdiyi şərəfli yolun müfəssəl təsviridir. Bu mühüm dövlət sənədi, eyni zamanda, mətbuatımızın şanlı ənənələrinə, Azərbaycanda ictimai fikrin formalaşmasına, dövlətçilik