İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

İlham Əliyev Əbdülfəttah əs-Sisini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.

 

Sfera.az xəbər verir ki, təbrik məktubunda deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

 

Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur. Həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar əməkdaşlığımızın yeni məzmunla zənginləşməsində əhəmiyyətli rol oynayır.

 

Bu gün müxtəlif sahələrdə münasibətlərimizin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq ənənəvi dostluq əlaqələrimizin, səmərəli işbirliyimizin daha da genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik".

 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.


OXŞAR XƏBƏRLƏR

Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayıldı - FOTO

Bəzi sosial şəbəkə hesablarında Azərbaycanın bir sıra dövlət xadimləri adından “deep fake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən aç...

Abşeronda 33 məktəb direktoru işdən çıxarıldı

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 2025-ci il üçün təsdiq olunmuş iş planına uyğun olaraq Abşeron-Xızı Regional Təh...

Füzulidə güclü yanğın: Helikopter cəlb olundu

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar...

Süni intellektlə qisas: Hindistanda "Deepfake" faciəsi yaşanıb

Hindistanda baş verən “deepfake” qalmaqalı süni intellekt texnologiyalarının sui-istifadəsi və rəqəmsal məxfiliyin pozulması ilə bağlı ciddi narahat...

SOCAR-ın vitse-prezidentləri bu bankın rəhbərliyinə təyin edildi

“Azər Türk Bank”ın (ATB) rəhbərliyində dəyişiklik olub.   Sfera.az APA-ya istinadla xəbər verir ki, Əfqan İsayev və Zaur Qurbanov ba...

Azərbaycanda daha bir rayonda ehsan verilməsi ləğv edildi

Qubada yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib.   Sfera.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayon ağsaqqalları, ...