Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin bütün sahələrdə, o cümlədən parlamentlərarası xətt üzrə inkişaf etməsindən məmnun olduqlarını vurğulayıblar.

 

Strateji tərəfdaşlığın əsas dayaqlarından biri kimi parlament diplomatiyasının, parlament sədrlərinin və nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin parlament dostluq qrupları arasında sıx əməkdaşlığın vacibliyi qeyd olunub.

 

Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, kommunikasiya və humanitar sahələrdə uğurla davam etdirilən əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib. Xüsusilə, Orta Dəhliz üzrə reallaşdırılan birgə təşəbbüslərin və gələcək layihələrin regionun iqtisadi inkişafına və strateji əhəmiyyətinə verdiyi töhfə diqqətə çatdırılıb.

 

İki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin regionda sabitliyin və qarşılıqlı faydalı inteqrasiyanın möhkəmləndirilməsindəki rolu vurğulanıb.

 

Görüş zamanı nazir Ceyhun Bayramov regionda mövcud vəziyyət, xüsusilə postmünaqişə dövründə Azərbaycanın qarşılaşdığı çağırışlar və atdığı addımlar barədə məlumat verib. Bu xüsusda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin cari vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.

 


OXŞAR XƏBƏRLƏR

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...