"Zəngəzur dəhlizi ilə qədim İpək yolu bərpa olunacaq" - Cavanşir Feyziyev
"Zəngəzur dəhlizi ilk növbədə ölkəmizin əsas ərazisini onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə bütün ərazimizin fiziki birliyini və tamlığını təmin edəcək". Sfera.az xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev deyib. O, bildirib ki, bu, ölkə daxilində insanların, mal və məhsulların sərbəst hərəkətinə, Naxçıvanla ölkənin digər bölgələri arasında maneəsiz nəqliyyat və ticarət əlaqələrinin genişlənməsinə səbəb olacaq: "Digər tərəfdən, Zəngəzur dəhlizi türk