Kamaləddin Qafarov: “Qubadlının azad olunması Zəfərin mühüm strateji mərhələsi idi”
“25 oktyabr Azərbaycan tarixinin unudulmaz səhifələrindən biridir. Bu gün biz təkcə bir şəhərin işğaldan azad edilməsini deyil, həm də 44 günlük Vətən müharibəsinin gedişində böyük dönüş yaradan tarixi bir mərhələni qeyd edirik”. Sfera.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. O, bildirib ki, Qubadlı şəhəri strateji baxımdan mühüm mövqedə yerləşdiyi üçün onun azad olunması həm əməliyyat planına, həm də müharibənin ümumi