Sahibə Qafarova Simonyanla görüşündən danışdı

Kateqoriya məlum deyil
T
“Oktyabrın 21-də Cenevrədə Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşümüz oldu. Bu, Parlamentlərarası İttifaq (PAİ) çərçivəsində 3-cü görüş idi”.
Sfera.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılaşmaların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin əhəmiyyəti vurğulanıb. Konstruktiv dialoqun davam etdirilməsinin vacibliyi qeyd edilib”, - deyə sədr bildirib.
Qeyd edək ki, oktyabrın 21-də Cenevrədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin spikeri Alen Simonyan arasında görüş keçirilib.
Firuzə Əliyeva
Sfera.az






