Logo

İrəvandan sülh prosesi ilə bağlı AÇIQLAMA

İrəvandan sülh prosesi ilə bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan və Ermənistan sülhün institusionallaşdırılması istiqamətində irəli addım atmalıdır.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdən sonra bildirib.

Kostanyan əsas başlanğıc nöqtəsinin Ermənistan və Azərbaycanın irəli hərəkət etməsi və sülhü institusionallaşdırması olduğunu vurğulayıb.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan nümayəndə heyəti Ermənistanın xarici siyasəti və münasibətlərin normallaşması prosesinin dinamikası ilə maraqlanıb.

Tərəflər həmçinin TRIPP layihəsini və onun icrası ilə bağlı son hadisələri müzakirə ediblər.

"Sülh körpüsü" təşəbbüsü çərçivəsində beşinci dəyirmi masa noyabrın 26-27-də Ermənistanın Dilican şəhərində keçirilib.

Tədbirdə Azərbaycan və Ermənistandan təxminən 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib./musavat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR