Logo

Estoniya naziri: Azərbaycanla münasibətlərimiz son bir ildə əhəmiyyətli dərəcədə inkişaf edib

Estoniya naziri: Azərbaycanla münasibətlərimiz son bir ildə əhəmiyyətli dərəcədə inkişaf edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan və Estoniya arasında son bir ildən artıq müddətdə münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edib.

Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji, regional təhlükəsizlik və nəqliyyat əlaqələri sahəsində birgə fəaliyyətin artırılmasında maraqlıdır.

Sfera.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında danışıb.

Nazir bildirib ki, Azərbaycan və Estoniya xalqları arasında uzun tarixə, qarşılıqlı anlaşmaya və şəxsi münasibətlərə əsaslanan əlaqələr mövcuddur. Onun sözlərinə görə, bu ay Bakıda keçirilən birgə komissiyanın iclası əməkdaşlığın praktiki müstəvidə genişləndiyini göstərir.

O, Azərbaycanın enerji sahəsindəki təcrübəsinin Estoniya üçün maraq doğurduğunu, qlobal ticarətdəki dəyişikliklərin və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin də müzakirə edildiyini qeyd edib.

“Son bir ildən artıq müddətdə münasibətlərimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz Azərbaycanı enerji sahəsində təcrübəsindən öyrənmək, qlobal ticarətdə dəyişən perspektivləri qiymətləndirmək baxımından böyük imkan kimi görürük. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi də region üçün yeni perspektivlər yaradır”, – nazir bildirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR