Tramp İsraili İranla səhv saldı: “Ordusu darmadağın edilib”
ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən İsraili İranla səhv salıb və Amerika ordusunun İsrail ordusunu məhv etdiyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın “Lenta.ru” nəşri məlumat yayıb.
Trampdan ABŞ administrasiyasının İsrailin yeni rəhbərliyi ilə necə işləyəcəyi soruşulub. Cavabında o, ölkənin ordusunun, hava qüvvələrinin, donanmasının və hava hücumundan müdafiə sistemlərinin məhv edildiyini deyib.
“Onların ordusu yoxdur, darmadağın edilib, hava qüvvələri məhv edilib, donanması məhv edilib, hava hücumundan müdafiə qüvvələri məhv edilib. Bizim darmadağın etdiyimiz nüvə obyektləri ilə bağlı isə heç nə edə bilmədilər”, – Tramp bildirib.
Nəşrin yazdığına görə, ABŞ Prezidenti bu fikirləri İsraillə bağlı suala cavab verərkən səsləndirib, lakin açıqlamasında İranın hərbi imkanlarının məhv edilməsini nəzərdə tutub.
Qeyd edək ki, bundan əvvəl Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında İran ərazisinə endirilən zərbələrlə bağlı telefon danışığında fikir ayrılığı yarandığı bildirilmişdi. Mənbələr söhbətin gərgin keçdiyini iddia ediblər.
İnci
Sfera.az





