Logo

Ceyhun Bayramov: İran ətrafındakı qeyri-sabit vəziyyət ciddi narahatlıq doğurur

Ceyhun Bayramov: İran ətrafındakı qeyri-sabit vəziyyət ciddi narahatlıq doğurur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya- Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginlik və İran ətrafındakı qeyri-sabit vəziyyət ciddi narahatlıq doğurur.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, mövcud beynəlxalq vəziyyətdə bir sıra ciddi narahatlıq doğuran məqamlar var.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi yalnız münaqişə tərəfləri deyil, daha geniş region üçün də çoxsaylı risklər yaradır.

Yaxın Şərqdə gərginliyin davam etməsi və İran ətrafındakı vəziyyətin tam sabitləşməməsi də narahatlıq doğuran amillər sırasındadır. C.Bayramov görüş zamanı sözügedən məsələlər ətrafında fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. Nazir müharibə və münaqişələrə son qoyulmasının, onların diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR