“Barselona”ya yox, “Sabah”a azarkeşlik edəcək
Kateqoriya məlum deyil
Litvanın xarici işlər naziri Kestutis Budris bu axşam keçiriləcək “Sabah” - “Barselona” qarşılaşmasında Azərbaycan təmsilçisinə azarkeşlik edəcəyini bildirib.
Sfera.az xəbər verir ki, bunu litvalı nazir azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
K.Budris sözügedən qarşılaşmanı futbol diplomatiyasının nümunəsi kimi qiymətləndirib. Nazir Ceyhun Bayramovla birlikdə oyunu izləyəcəklərini və “Sabah”ı dəstəkləyəcəklərini bildirib:
“Biz bütün sahələrdə, o cümlədən futbolda da qələbəyə köklənmişik”.
Şahanə Ziyad
Sfera.az
Açar sözlər:






