Logo

Ceyhun Bayramov: "Azərbaycan və Litva arasında siyasi dialoq yüksək səviyyədədir "

Ceyhun Bayramov: "Azərbaycan və Litva arasında siyasi dialoq yüksək səviyyədədir "
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan və Litva arasında siyasi dialoq yüksək səviyyədədir və iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, tarixən Azərbaycan–Litva münasibətləri qarşılıqlı hörmət, açıq siyasi dialoq və ortaq maraqların irəli aparılması əsasında formalaşıb və inkişaf edib.

C.Bayramov iki ölkə arasında liderlər səviyyəsində siyasi dialoqun hər zaman müsbət və intensiv olduğunu vurğulayıb.

O qeyd edib ki, cari ilin iyun ayında Vilnüsdə iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Tərəflər bu formatı mühüm əməkdaşlıq platforması hesab edir və onun davam etdirilməsi barədə razılığa gəliblər.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR