Tramp: "Qələbəyə yaxınıq"

Tramp: "Qələbəyə yaxınıq"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib.

Sfera.az xəbər verir ki, Tramp “GB News” telekanalına müsahibəsində ABŞ-nin İran üzərində qələbəsinin yaxın olduğunu bildirib.

“Biz qalib gələcəyik və bu, tezliklə baş verəcək. Əslində, biz artıq qalib gəlmişik. Axı onlar nüvə silahına sahib ola bilməzlər”, – deyə Tramp qeyd edib. ABŞ Prezidenti İranla müharibəyə başlamaq qərarının doğru olduğunu da vurğulayıb.

Onun sözlərinə görə, əgər ABŞ İrana qarşı hərbi əməliyyatlara başlamasaydı, Tehran artıq “iki, bəlkə də dörd həftə ərzində” nüvə silahı əldə edə bilərdi. Tramp hazırda İranın nüvə silahı əldə etməsinin qarşısının alındığını və bu müddətin 25 ilə qədər uzadıldığını iddia edib.

O, həmçinin ABŞ-nin İrana qarşı əməliyyatlarının uğurla davam etdiyini bildirərək, Vaşinqtonun “Hörmüz boğazına nəzarət etdiyini” deyib. Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Sənəd bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tuturdu. Lakin iyulun 8-nə keçən gecə ABŞ İrana qarşı genişmiqyaslı zərbələri yenidən bərpa edib. Vaşinqton Tehranın Hörmüz boğazı ilə bağlı şərtləri pozduğunu əsas gətirib. İyulun sonlarında döyüşlər dayansa da, avqustun 30-da hərbi əməliyyatlar yenidən başlayıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR