Logo

TDT Zirvəsi: Tramp Ərdoğana yenə zəng etdi

TDT Zirvəsi: Tramp Ərdoğana yenə zəng etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Donald Tramp arasında bu gün də telefon danışığı baş tutub.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, telefon söhbəti Amerika tərəfinin təşəbbüsü ilə baş tutub:

”ABŞ Prezidenti Donald Tramp 29 Oktyabr - Cümhuriyyət Günü münasibətilə liderlərin qatıldığı şam yeməyi zamanı Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı ilə bağlı Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğana telefon zəngi etdi. Prezidentimiz şam yeməyində iştirak edən liderlərin salamlarını ABŞ Prezidentinə çatdırdı.

Prezident Ərdoğan Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Toplantısının Ankarada keçiriləcəyini və bu görüşdə 200 milyondan çox əhalisi olan və Orta Asiyada sabitlik və təhlükəsizlik mənbəyinə çevrilən təşkilatımızın inkişafı üçün qərarlar qəbul ediləcəyini bildirdi. ABŞ Prezidenti Tramp həmçinin Prezidentimizə Türk Dövlətləri Təşkilatının Liderlər Toplantısı münasibətilə ən xoş arzularını çatdırdı”.

Qeyd edək ki, liderlər arasında ötən gün də telefon danışığı olmuşdu./axar.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR