Trampdan İrana açıq təhdid

ABŞ Prezidenti Donald Tramp İordaniyada yerləşən ABŞ qüvvələrinə qarşı həyata keçirilən hücuma cavab olaraq İrana qarşı çox sərt addımlar atacaqlarını bəyan edib.
Sfera.az xəbər verir ki, bu barədə “Fox News” telekanalının müxbiri Trey Yinqst Trampla telefon danışığından sonra məlumat verib.
Jurnalistin sözlərinə görə, Tramp İordaniyadakı ABŞ hərbi bazalarına ötən gecə edilən hücumları şərh edərkən, “İrana çox sərt zərbə endirəcəyik” ifadəsini işlədib.
ABŞ və Səudiyyə Ərəbistanının İraqda İranın dəstəklədiyi silahlı qruplaşmalara məxsus hədəflərə endirdiyi hava zərbələrinə toxunan Tramp bildirib ki, bu əməliyyatlar İraq hökuməti ilə koordinasiya şəraitində həyata keçirilib.
ABŞ Prezidenti İranın dəstəklədiyi silahlı qruplaşmaları “dünyanın xərçəngi” adlandırıb və həmin qruplara rəsmi xəbərdarlıq etməyi də nəzərdən keçirdiyini söyləyib.
Tramp, həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə ötən gün keçirdiyi görüşü də yüksək qiymətləndirərək onu “möhtəşəm” adlandırıb. O, ABŞ ilə İsrail arasında münasibətlərin daha da möhkəmləndiyini vurğulayıb.
Mənsumə






