Logo

"İsraildə müxalifətin hökumət qurmaq şansı yüksəkdir"

"İsraildə müxalifətin hökumət qurmaq şansı yüksəkdir"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkədə yeni hökumətin taleyi qeyri-müəyyən olaraq qalıb.

Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası seçkilərdə birinci olsa da, hökuməti formalaşdırmaq üçün lazım olan 61 mandatı toplaya bilməyib. Nəticədə ölkədə koalisiya danışıqları başlayıb.

Digər tərəfdən, Prezident İshaq Hersoq parlamentə düşən partiyaların liderləri ilə məsləhətləşmələr aparacaq və hökumətin qurulmasını mümkün hesab etdiyi siyasətçiyə müvafiq səlahiyyət verəcək.

Netanyahu hökumət qurmaq üçün hansı güzəştlərə getməli ola bilər? Daxili və ya xarici siyasəti dəyişəcəkmi?

Bu barədə politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, ümumiyyətlə, İsraildə keçirilən parlament seçkiləri hökumətin qurulması ilə bağlı ciddi problemlər yaradıb:

"İsraildə müxalifətin hökumət qurmaq şansı yüksəkdir"

“Seçkilərdə Benyamin Netanyahunun “Likud” partiyası qalib gəlsə də, onun ətrafında formalaşan blok cəmi 53 mandat əldə edib. Bu isə hökumət qurmaq üçün kifayət etmir. Netanyahu hansı halda yenidən hökumət qura bilər? Bunun üçün kimsə onunla koalisiya yaratmağa razılıq verməlidir. Bu kontekstdə daha çox Naftali Bennetin adı çəkilir. Bəs o, belə bir addım atacaqmı? Ehtimal çox azdır”.

Ekspert Netanyahunun ikinci planının da olduğunu açıqlayıb:

“İkinci variant kimi Ayzenkotla birlikdə blok yaratmaq imkanından danışılır. Lakin bu da qeyri-mümkün görünür. Müxalifət bloku hökumət qurmaq üçün ya Netanyahu blokundan müəyyən qüvvələri öz tərəfinə çəkməli, ya da ərəblərlə ittifaqa getməlidir. Hər iki variant kifayət qədər problemli görünür. Ərəblərlə blok yaratmaq isə İsraildəki siyasi qüvvələr üçün ciddi problemlər doğura bilər. Ancaq burada hökumətin qurulması ehtimalını artıran əsas məsələ nədir? Seçkilərdə iştirak edən qüvvələr yenidən seçki keçirilməsini istəmirlər. Onlar hökumətin formalaşmasında maraqlıdırlar ki, yenidən seçkiyə getmək məcburiyyəti yaranmasın. Bu səbəbdən tamamilə mümkündür ki, ərəb deputatlar blok yaratmadan kənardan dəstək versin və azlıq hökumətinin formalaşmasına şərait yaratsınlar.

Yəni hökumətin qurulması üçün mütləq 61 deputatın dəstək verməsi tələb olunmur. Burada hətta 53, yaxud 48 deputatdan ibarət blok da hökumət qura bilər. Bir şərtlə ki, ərəb deputatlar onun əleyhinə səs verməsinlər. Belə bir variantın reallaşması ehtimalı var. Digər hallarda rəqib blokdan müəyyən qüvvələri və deputatları öz tərəfinə çəkmək cəhdlərinin nəticə verməsi ehtimalı çox aşağıdır. Mən hesab edirəm ki, bu vəziyyətdə müxalifətin hökumət qurmaq şansı daha yüksəkdir. Netanyahunun belə bir şansı demək olar ki, yoxdur. Onun hansısa güzəştə getmək ehtimalı da çox aşağıdır. Çünki Netanyahunun siyasəti məlumdur. O, əksər məsələlərdə kifayət qədər radikal mövqe tutur. Çox güman ki, bu siyasətdən imtina etməyəcək. Daxili və xarici siyasətini dəyişməsinə də heç bir ehtiyac yaranmayacaq. Beləliklə, müxalifət bloku ərəb deputatların köməyi və kənardan dəstəyi ilə azlıq hökuməti yarada bilər”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR